MÜHÜM TƏKLİF: "Şuşada mütləq türk hərbi varlığı olmalıdır” - Təlim mərkəzi...!
Fidan Həmişəyeva
09:51 17.11.2020
Gündəm
802
“Onlar hərbi baza şəklində olsun və təklif edirəm ki, bu mərkəzlər Şuşa, Ağdam və Tərtərdə açılsın"
"Çünki Rusiya üçtərəfli müqavilədə Türkiyənin bölgəyə gəlməsinə icazə vermir"
"Ya məcbur olub qardaş ölkəni də sülhməramlılara qatacaqlar, ya da hərbi mərkəzlər yaradılacaq"
Azərbaycan və Türkiyə regionda sülhün, təhlükəsizlik və əməkdaşlığın inkişaf etdirilməsinə çalışıb. Bu, yalnız iki xalqın yox, bütövlükdə bəşəriyyətin xeyrinədir. Türkiyə ölkəmizin əzəli torpaqları və ayrılmaz bir parçası olan Dağlıq Qarabağ uğrunda erməni işğalına və təxribatına qarşı daim Azərbaycanın yanında oldu. Apardığı mübarizədə, özünümüdafiə tədbirlərində müstəqil dövlətimizin və xalqımızın haqq işini müdafiə etdi.
Dünya birliyi artıq bilməmiş deyil ki, Azərbaycan da qardaş Türkiyəyə münasibətdə eyni addımları atmaqla sülhü və ədaləti müdafiə edir. Qarabağ uğrunda erməni işğalçılarına qarşı mübarizədə qardaş sözü hər cür silahlı müdafiədən qat-qat üstündür.
Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanatın imzalanmasından sonra bəzi mühüm məsələlər diqqəti cəlb edir. Məsələn, qardaş ölkənin hərbi bazasının Azərbaycan torpaqlarında yerləşdirilməsi kifayət qədər aktualdır. Xüsusilə, türk hərbi bazasının Şuşada yerləşdirilməsinin mümkün olub-olmaması müzakirə edilir.
Mövcud vəziyyəti “Sherg.az”a dəyərləndirən siyasi analitik Turab Rzayev bildirib ki, İkinci Dağlıq Qarabağ müahribəsində ən böyük tərəfdaşımız Türkiyə oldu. Türkiyənin texnoloji, hərbi, strateji yardımı, hərbi düşüncə qabiliyyətinin ölkəmizə ötürülməsi olduqca mühümdür.
Ekspert qardaş ölkənin beynəlxalq arenada da siyasi dəstəyinin önəmli olduğunu vurğuladı:
“Türkiyə ilk gündən qarant ölkə rolunda çıxış etdi. Türkiyə Prezidenti neçə dəfə açıq şəkildə bildirdi ki, başqa ölkələr müharibəyə qarışsa, mən də qarışacam. Burada kimlərin nəzərdə tutulduğu bəllidir. Təbii ki, qardaş ölkə olmasaydı, hərbi əməliyyatları apara, torpaqlarımızı azad edə bilməzdik və ya çox böyük itkilərimiz olardı”.
Azərbaycanın işğaldan azad edilən ərazisində türk hərbi bazasının yerləşdirilməsinə gəlincə, ekspert vurğulayıb ki, bu, dəstəklənməlidir:
“İndiki halda üçtərəfli sazişdən sonra bölgə Rusiyanın nəzarətinə keçir. Yəni Rusiya Dağlıq Qarabağa tamamilə nəzarət edir. Gələcəkdə bu nəzarətdən bizə qarşı istifadə edə bilərlər. Osetiyada, Abxaziyada, Moldovada, Krımda və başqa yerlərdə bunun şahidi olmuşuq”.
"Bəs, bunun qarşısını almaq və bölgədə siyasi balansı saxlamaq üçün nə etməliyik?" sualına gəlincə, analitik qeyd edib ki, təcili olaraq Azərbaycanda türk hərbi təlim mərkəzləri açılmalıdır:
“Əlbəttə ki, bunlar hərbi baza şəklində olacaq. Amma onları ilkin olaraq hərbi təlim mərkəzi adlandıra bilərik.Təklif edirəm ki, bu mərkəzlər Şuşa, Ağdam və Tərtərdə açılsın. Əsas odur ki, bu mərkəzlər Dağlıq Qarabağı əhatə etsin. Çünki Rusiya üçtərəfli müqavilədə Türkiyənin bölgəyə gəlməsinə icazə vermir. Ona görə də ya məcbur olub, əlavə baza açılmasın deyə Türkiyəni də sülhməramlılara qatacaqlar, ya da ki, hərbi mərkəzlər yaradılacaq. Gələcəkdə bizə təxribat törətmək istəsələr, daha ehtiyatlı olacaqlar. Çünki qorxacaqlar ki, Şuşa, Ağdam və Tərtərdə türk bazası var”.
T.Rzayevin fikrincə, əsas məsələ bəyanata imza atarkən Azərbaycan tərəfinin başqa öhdəlik götürüb-götürməməsidir:
“Türkiyə və ya başqa ölkənin hərbi bazasının bölgədə olmayacağına dair öhdəliyimiz yoxdursa, onda təcili olaraq türk mərkəzləri açılmalıdır. Azərbaycanla-Türkiyə ortaq hərbi təlimlər keçirsinlər. Əks halda Dağlıq Qarabağda müharibəni udmuş, amma öz mövqelərimizi uduzmuş olacağıq. İmkan vermək olmaz ki, Ermənistan kapitulyasiyaya məruz qaldığı, bizim də döyüşlərdə qalib olduğumuz bir vaxtda fürsətlərdən yararlana bilməyək. Başqa ölkələrin qələbəmizin nəticələrinə sahib çıxmasına fürsət verməməliyik
. Bunun üçün mütləq Şuşada türk hərbi varlığı olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət