Mütaliəsiz nəsil yetişir - Parlamentdə həyəcan
Yusif Nəzərli
02:37 24.05.2025
Gündəm
431
Məktəblərdə psixoloq çatışmazlığı faciələrin səbəbinə çevrilir
"Biz uşaqlarımızı böyük bəla olan narkomaniyadan da uzaqlaşdıra bilərik”
“Mən son günlər cəmiyyəti sarsıdan, böyük gərginliyə səbəb olan bir məsələyə - Gəncədə qətlə yetirilən 17 yaşlı məktəbli Elgün İbrahimovun faciəsinə diqqət yönəltmək istəyirəm”. Bunu Milli Məclisin dünənki iclasında deputat Elnarə Akimova bildirib. Deputat deyib ki, 2022-ci ilin noyabrında da Şağan Olimpiya kompleksində Turan Rüstəmov adlı 16 yaşlı bir gənc öldürülmüşdü:
“Hər dəfə belə qətllər ardınca böyük müzakirə dalğası gətirir, səbəblər üzərində düşünməyə başlayırıq, çünki doğrudan da, böyük bir mənəvi zərbə alırıq”. Bu faciələrin qarşısının alınmasına toxunan deputat bildirib ki, məktəblərdə psixologiya fənninin dərinləşməsinə diqqət yetirilməlidir: “Psixoloqlarımızın məktəblərə cəlb olunmasına və onlara ayrılmış zaman çərçivəsində, həqiqətən də, məktəblilərlə psixoloji təlimlər keçilməsinə, psixoloji hazırlıqlara rəvac verilməsinə çox böyük ehtiyac var. Əsl psixologiya peşəsinə sahib olanlar bura cəlb olunmalıdırlar. Yəni kimya müəllimi, fizika, texnologiya, yaxud biologiya müəllimi gəlib psixologiya fənnini tədris etməməlidir”.
"Məktəb yalnız sertifikasiya imtahanları üçün sınaq meydanı deyil"
Elnarə Akimova vurğulayıb ki, məktəblərdə mütaliəsiz nəsil yetişir: “Dil çevrəsi qapanmış, xəyal dünyası daralmış, beyinləri kilidlənmiş, ədəbiyyatdan uzaq düşən bir nəsil yetişir və bu, artıq böyük bir problemə çevrilməkdədir. Təhsilimizdə, dərsliklərimizdə ədəbiyyatımıza diqqət bir başqa olmalıdır. Çünki ədəbiyyat daha çox mənəviyyata toxunan, mənəviyyata xidmət edən bir sahədir”. Deputat əlavə edib ki, mədəniyyətin təməllərini qorumaq lazımdır: “Yaranmış boşluqlarımıza diqqət yönəltməliyik. Məsələn, məktəblərdə bizim şagirdlərin saç düzümü, geyimi diqqət mərkəzində olmalıdır. Məktəb yalnız sertifikasiya imtahanları üçün sınaq meydanı deyil. Məktəb əxlaqı, dünyagörüşü və yüksək mənəviyyatı formalaşdıran ocaqdır. Gecikəndə, bax belə adda-budda da olsa neqativləri çıxır. Bu neqativlərin böyük bir dalğaya çevrilməməsi üçün cəmiyyət olaraq doğrudan da narahat olmalı və işlər görməliyik. Biz bu yolla uşaqlarımızı böyük bəla olan narkomaniyadan da uzaqlaşdıra bilərik”.
"Dərs yükünün ağırlığı uşaqlara mütaliə üçün imkan verirmi?"
Deputat digər məsələyə də münasibət bildirib və qeyd edib ki, məktəblərdə mütaliəyə diqqətin artırılması vacibdir: "Məktəblərimizdə mütaliəsiz bir nəsil yetişir. Dil çevrəsi qapanmış, xəyal dünyası daralmış, beyinləri kilidlənmiş, ədəbiyyatdan uzaq düşən bir nəsil yetişir və bu artıq böyük bir problemə çevrilməkdədir. Təhsilimizdə, dərsliklərimizdə ədəbiyyatımıza diqqət xüsusi olmalıdır. Çünki ədəbiyyat daha çox mənəviyyata toxunan, mənəviyyata xidmət edən bir sahədir. Amma baxaq görək, dərs yükünün ağırlığı uşaqlara mütaliə üçün imkan verirmi? Bizim ədəbiyyat, mədəniyyət ənənəmiz var, o təməllərin laxlamasına imkan verməməliyik. Yaranmış boşluqlarımıza diqqət yönəltməliyik".
"Xocalı aeroportu yenidən fəaliyyətə başlasın"
Millət vəkili Hikmət Babaoğlu Xocalı hava limanının yenidən istismara verilməsi təklifi ilə çıxış edib. Deputat bildirib ki, Xocalı hava limanının hər bir azərbaycanlı üçün simvolik əhəmiyyəti var: "Düşünürəm ki, önümüzdəki mərhələdə hava limanlarının sırasına Xocalı hava limanının yenidən istismara verilməsi də daxil olacaq. Füzulidə, Laçında hava limanlarının açılması, onların göstərdikləri xidmət çox əhəmiyyətlidir”.
"Həkimlər xəstələrə istehlak səbətinə daxil olmayan bahalı meyvələr yeməyi təklif edir"
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib ki, həkimlər xəstələrə istehlak səbətinə daxil olmayan bahalı meyvələr yeməyi təklif edir. Deputat bildirib ki, bəzi hallarda xəstələrin özünə gücləndirilmiş qida rasionu, o cümlədən qida əlavələri verilməlidir: “Azərbaycanda minimum istehlak səbətinə qida əlavələri daxil deyil. Ona görə də həm xəstələr üçün, həm də təhsil və sosial müəssisələrdə qida əlavələri də verilməlidir. Onlar çox yeməməlidir, güclü qidalanmalıdır. Bu siyahıya Silahlı Qüvvələr və azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxsləri də əlavə edək. Çünki onlar da dövlət tərəfindən qidalandırılır”. Deputat qeyd edib ki, bir çox xəstələrə həkimlər bahalı meyvələr təklif edir: “Məsələn, avokado. Bahalıdır və istehlak səbətinə daxil deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"ChatGPT" çökdü
21:11 19.07.2026
Texnologiya
Türkiyədən Yunanıstana etiraz...
20:49 19.07.2026
Gündəm
FHN çimərliyə gedənlərə xəbərdarlıq etdi
18:57 19.07.2026
Ekologiya
Abbas Əraqçi: Hələ Müctəba Xamenei ilə görüşməmişəm
18:05 19.07.2026
Region
BMT-də Azərbaycanın iqlim və şəhərsalma təcrübəsindən danışılıb
17:13 19.07.2026
Siyasət
Türkiyənin müdafiə naziri Şimali Kiprə gəlib
16:14 19.07.2026
Region
Rusiya Xarkova zərbə endirib, 3 nəfər ölüb, 16 yaralı var
15:57 19.07.2026
Dünya
İranın bu hərəkəti vecimə deyil - Tramp
15:38 19.07.2026
Dünya
Mbappe məğlubiyyəti şərh etdi: Deşama görə...
15:01 19.07.2026
Futbol
Xamenei İranda deyil - KİV
14:45 19.07.2026
Region
Venesuelada zəlzələ qurbanlarının sayı artır
14:30 19.07.2026
Dünya
Masazır sakinləri narazıdır: Camaatı istidə işıqsız qoyublar!
13:57 19.07.2026
Cəmiyyət
İlin sonuna kimi bu, lazımsız olacaq – Mask elan etdi
13:24 19.07.2026
Texnologiya
Tramp İordaniyada iki amerikalı əsgərin ölümünə münasibət bildirib
13:08 19.07.2026
Dünya
“Azərsilah”ın poliqonlardan birində yanğın hadisəsi baş verib
12:52 19.07.2026
Hadisə
Sabahın hava proqnozu açıqlanıb
12:36 19.07.2026
Ekologiya