Rusiya tərəfindən Suvalkı dəhlizinin bloklanacağı təqdirdə NATO ölkələrinin cavabının dağıdıcı olacağını alyansın baş katibi Mark Rütte bəyan edib.
“Əmin edə bilərəm ki, NATO alyansa qarşı istənilən təhdidə cavab verməyə yaxşı hazırlaşıb. Reaksiyamız dağıdıcı olacaq. Məhz buna görə də biz şərq cinahını gücləndiririk”, – deyə Rütte blok üzvü ölkələrin müdafiə nazirlərinin iclası öncəsi bildirib (sitat “RIA Novosti”yə istinadla).
Sherg.az xəbər verir ki, Yanvarda IAR agentliyi yazmışdı ki, Polşa və Litva Suvalkı dəhlizində yeni hərbi poliqonun tikintisini müzakirə edir. Bu dəhliz vasitəsilə Litva Avropa İttifaqının əsas ərazisi ilə birləşir. Dəhliz Belarus və Rusiyanın Kalininqrad vilayəti arasında, iki ölkənin sərhədində yerləşir.