NATO hərəkətə keçir - TRAMPIN QRENLANDİYA PLANLARINI ƏNGƏLLƏMƏK ÜÇÜN
Yusif Nəzərli
17:36 31.01.2025
Gündəm
409
NATO Trampın Qrenlandiya planlarını əngəlləmək üçün tədbirlər hazırlayır.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Şimali Atlantika Alyansı ABŞ-nin Qrenlandiyanın alınmasında marağını cilovlamaq üçün Arktikada hərbi mövcudluğunu genişləndirməyi düşünür. Donald Tramp strateji və iqtisadi maraqlarını əsas gətirərək adanı almaq istəyini dəfələrlə bildirib. ABŞ dövlət katibi Marko Rubio isə Vaşinqtonun ciddi niyyətlərini təsdiqləyərək, “bunun zarafat olmadığını” vurğulayıb.
NATO-ya görə regionda müdafiə qabiliyyətinin gücləndirilməsi Amerikanın maraqlarını təmin edə bilər. ABŞ artıq kosmosa nəzarət üçün istifadə edilən Pituffik Kosmik Bazasını idarə edir. Bununla belə, bu, Tramp üçün kifayət edəcəkmi, yoxsa adanı almaq üçün sövdələşməni davam etdirəcəkmi, sual olaraq qalır.
Qrenlandiya hakimiyyəti ABŞ-yə qoşulmağın qəti əleyhinədir. Danimarka mediasının keçirdiyi sorğuya görə, qrenlandiyalıların 85%-i bu ideyanı rədd edir, yalnız 6%-i dəstəkləyir, 9%-i isə qərarsızdır.
NATO etiraf edir ki, Tramp Rusiya və Çinin Arktikadakı fəaliyyətindən narahatdır, lakin alyansın mövcudluğunun genişləndirilməsi ilə bağlı qeyri-rəsmi danışıqlar yeni başlayır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi