Navroçki: Polşanı beynəlxalq arenada ləyaqətlə təmsil edəcəyəm
Yusif Nəzərli
23:54 02.06.2025
Gündəm
464
Polşada keçirilən prezident seçkilərinin qalibi Karol Navroçki ölkəni “ləyaqətlə təmsil edəcəyinə” və vətəndaşlar üçün vacib olan bütün məsələləri nəzərə alacağına söz verib.
Teleqraf xəbər verir ki, bu barədə Navroçki sosial şəbəkə hesabında yazıb.
Polşa lideri bildirib: "Çətin seçki kampaniyası arxada qalıb. Səsləriniz sayəsində mən Polşa Respublikasının Prezidenti seçildim. Bu, böyük məsuliyyət və borcdur. Bu qərarı təvazökarlıqla və hörmətlə qəbul edirəm. Mənə verilən hər bir səsə, hər xoş sözə və jestlərə görə təşəkkür edirəm”.
Prezident seçkilərinin qalibinin fikrincə, onun seçilməsi polyakların “ən zəiflərin qayğısına qalan təhlükəsiz, iqtisadi cəhətdən güclü, beynəlxalq, Avropa və transatlantik münasibətlərdə çəkisi olan” ölkədə yaşamaq istədiklərini göstərir: “Əmin ola bilərsiniz ki, dövlət başçısı kimi mən Polşa üçün vacib olan heç bir məsələni diqqətdən kənarda qoymayacağam. Mən Polşaya subyektiv münasibəti müşahidə edərək, sizi beynəlxalq arenada ləyaqətlə təmsil edəcəyəm".
Xatırladaq ki, iyunun 2-də Polşada prezident seçkilərinin ikinci turu keçirilib. Seçkilərin qalibi Karol Navroçki olub. O, seçkiyə qatılanların 50,89 faizininin səsini toplayıb. Digər namizəd Rafal Tşaskovski 49,11 faiz səs yığıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
20:35 29.09.2026
Hadisə
Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü
20:27 29.09.2026
Gündəm
Şəhidlər unudulmur və onlar əbədiyyətə kimi xatırlanacaqlar!
20:27 29.09.2026
Ölkə
FIFA reytinqi yeniləndi! Türkiyə millisi 4 pillə gerilədi
20:23 29.09.2026
Futbol
Ət bazarında vəziyyət dəyişir
20:16 29.09.2026
Sosial
3 rayona diqqət
20:01 29.09.2026
Ekologiya
Putindən əcaib fərman: Dataları gizlədin!
19:46 29.09.2026
Gündəm
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region
Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
17:46 29.09.2026
Gündəm
Özbəkistan Prezidenti Pezeşkiana zəng etdi
17:38 29.09.2026
Gündəm
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq müzakirə olunub
17:17 29.09.2026
Sosial