Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Sherg.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Qeyd edək ki, o bu gün Naxçıvan MR Ali Məclisinin qərarı ilə Naxçıvan MR-in Baş naziri təyin olunub.