Çevrə, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri Murat Kurum, “Əsrın İnşası Güclü Türkiyə” panelində CHP-yə sərt tənqid yönəldib. O bildirib ki, "CHP bizim yanımıza gələn bələdiyyə başçılarını təhdid edir, onlara “Niyə gedirsiniz, niyə təşəkkür edirsiniz?” deyir.
Sherg.az-ın məlumatına görə, Kurum vurğulayıb ki, siyasi partiyadan asılı olmayaraq bütün bələdiyyə başçıları dinlənilir, tələbləri toplanır və xalq üçün lazım olan hər şey həyata keçirilir.
O, 6 fevral 2023-də Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra 11 bölgə üzrə 455 min mənzilin inşa edildiyini bildirib. Kurumun sözlərinə görə, bu layihələr sayəsində Anadolu “şaha qalxacaq” və Türkiyə tarix yazmağa davam edəcək.