“Bundan sonra həmin prinsiplərin hazırda nə dərəcədə aktual olub-olmadığını artıq özümüz qiymətləndirəcəyik. Əgər siyasi nizamlama barədə razılığa gəlsək, erməni qoşunları Kəlbəcər və Laçın rayonlarından, habelə Ağdam rayonunun bir hissəsindən dərhal çıxarılmalıdır”. Lakin ölkə rəhbəri əlavə edib ki, o, Ermənistanın indiki hakimiyyətinin nizamlanma üzrə konstruktiv işə qabil olacağına şübhə ilə yanaşır. Siyasi şərhçilər də XİN başçılarının növbəti görüşündən heç bir nəticə gözləmirlər.
Nazirlərin danışıqları uğursuz formatdır
Turan
07:05 30.10.2020
Gündəm
745
Cenevrə danışıqlarından sonra təzyiqlər artacaq
Ancaq artıq Azərbaycan bu prosesdə tək deyil, bütün masalarda Ankaranın boyu görünəcək
ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri oktyabrın 30-da Cenevrədə görüşəcəklər. Həmsədrlərin birgə bəyanatında bildirilir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün müzakirələr aparacaqlar. Danışıqlar baza prinsipləri əsasında olacaq. Prezident İlham Əliyev də Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsində nazirlərin Cenevrə görüşündən bəhs edib. Dövlət başçısı vurğulayıb ki, erməni tərəfin baza prinsiplərinə nə dərəcədə sadiq olduğu orada bilinəcək:
“Bundan sonra həmin prinsiplərin hazırda nə dərəcədə aktual olub-olmadığını artıq özümüz qiymətləndirəcəyik. Əgər siyasi nizamlama barədə razılığa gəlsək, erməni qoşunları Kəlbəcər və Laçın rayonlarından, habelə Ağdam rayonunun bir hissəsindən dərhal çıxarılmalıdır”. Lakin ölkə rəhbəri əlavə edib ki, o, Ermənistanın indiki hakimiyyətinin nizamlanma üzrə konstruktiv işə qabil olacağına şübhə ilə yanaşır. Siyasi şərhçilər də XİN başçılarının növbəti görüşündən heç bir nəticə gözləmirlər.
Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə “Şərq”ə açıqlamasında vurğulayıb ki, həmsədrlərin iştirakı ilə Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti danışıqları uğursuz formatdır. Analitik qeyd edib ki, danışıqlarda baza prinsipləri və qoşunların çıxarılması üçün “təqvim” əsas müzakirə predmeti olacaq:
“Bu cür təmaslar Azərbaycan üçün siyasi tələdir. Fransa və Rusiya Ermənistan qoşunlarının çıxarılmasında maraqlı deyil. Kreml isə bölgədə “sülhməramlı qüvvələr”in yerləşdirilməsini istəyir. Həmsədrlər Ermənistana vaxt qazandırmaq və Azərbaycanı “atəşkəsə” məcbur etməyə çalışırlar. Bu istiqamətdə əldə edilən razılaşma yalnız Ermənistanı toparlamağa və Qarabağın “müstəqilliyinə” nail olmağa hesablanıb. Ermənistan rəhbərliyinin davakar siyasəti davam edir və onlar yalnız separatçıların “müstəqilliyində” israrlıdır. Həmçinin Yerevan qəti şəkildə güzəştə razı deyil. Gəncə və Bərdəyə qarşı hərbi cinayət törədən Ermənistan rəhbərliyi heç bir razılaşmada səmimi olmayacaq. Azərbaycan “Yenilənmiş Madrid prinsipləri”ndə göstərilən rayonların bir neçəsini hərbi gücü sayəsində azad edib. Azərbaycan üçün baza prinsipləri, “Yenilənmiş Madrid prinsipləri” əsas müzakirə predmeti olmamalıdır. Əsas tələb Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tamamilə çıxarılması və mülki ermənilərin ölkəmizin vətəndaşı kimi yaşamasında israrlı olmalıdır. Qəbul edib-etməmək Ermənistanın öhdəsinə buraxılmalıdır”.
Ekspertə görə, Minsk qrupu beş rayonu Azərbaycana güzəştə getməklə, prosesi irəliyə doğru addım kimi təqdim edəcək:
“Prezident İlham Əliyev buna razı olmayacağını açıq bəyan edib. Artıq Azərbaycan Ordusu Şuşanın azad olunması istiqamətində həlledici əməliyyat aparır. Ermənistan tərəfə heç bir güzəştə gedilməyəcəyi vurğulanır. Danışıqlar Azərbaycan üçün imitasiya xarakterlidir. Anti-Azərbaycan mövqeyi sərgiləyən Fransanın hazırladığı planla rəsmi Bakı necə razılaşa bilər?! Ümumiyyətlə, Fransanın Minsk qrupunda həmsədrliyi bu format çərçivəsində aparılan danışıqları fiaskoya uğradır. Qarabağ münaqişəsinin siyasi həll variantı yoxdur. Elə siyasi həll variantı olmadığına görə, hərbi eskalasiya zərurətə cevrildi. ABŞ, Fransa və Rusiya rəsmilərinin “siyasi danışıqlarla münaqişəni həll edin” çağırışı Ermənistanın müdafiəsinə qalxmaqdır”.
M.Əsədullazadənin sözlərinə görə, Cenevrə danışıqlarından sonra Azərbaycana təzyiq edilə bilər. Amma Azərbaycan bu prosesdə tək deyil:
“Əsas danışıqlar formatı Ankara və Moskva arasında aparılmaqla yeni siyasi format baş tuta bilər. Türkiyə Azərbaycanın istəyi ilə Qarabağ məsələsində əsas moderatordur və güc balansını qoruyub saxlayır. Rusiya və digər ölkələrin Azərbaycana təzyiqləri səmərə verməyəcək. Qarşıdakı 10 gün Azərbaycan üçün həlledici məqam olacaq. Rusiya və Türkiyə isə heç vaxt qarşı-qarşıya gəlməyəcək. Ermənistan rəhbərliyinin provakasiyaları baş tutmayacaq. Düşmən ölkə Qarabağda uduzub”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya