Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək

ABŞ-ın Ankaradakı səfiri Tom Barrakın açıqlamasına istinadən CNN Türk xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının iclası çərçivəsində Nyu-Yorkda görüşəcək.

Sherg.az xəbər verir ki, dünya liderlərinin hər il Nyu-Yorkda bir araya gəldiyi Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına hazırlıqlar davam edir. BMT Baş Assambleyasının 81-ci sessiyası sentyabrın 22-də “Etimadı yenidən bərpa etmək, transformasiyanı idarə etmək: hər kəs üçün nəticə verən BMT” mövzusu ilə başlayacaq.

Baş Assambleya çərçivəsində dünya liderlərinin çıxışlarının keçiriləcəyi və “yüksək səviyyəli həftə” adlandırılan bölümdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da tribunaya çıxması gözlənilir. Ərdoğanın sessiyanın ilk günü keçiriləcək çıxışlarda dördüncü sırada yer alacağı gözlənilir.

Bu il Baş Assambleyanın iclaslarında 190-a yaxın ölkədən yüksək səviyyəli nümayəndənin iştirakı gözlənilir.