Nəqliyyatda sistem düzgün qurulmayıb: Məktəblər başlamayıb, sərnişin sıxlığı yaşanır
Məlahət Rzayeva
16:28 09.09.2019
Gündəm
770
Paytaxt qəsəbələrində sərnişin avtobusları ilə bağlı vəziyyət bərbaddır. Həmkarımız Elnurə Abuşova dünən sosial media üzərindən bir payalaşım edib və yazıb ki, Rəsulzadə qəsəbəsindən mərkəzə gələn 133 saylı sərnişin avtobusu dayanacağa dolu gəlir. “4 dənə 133 yolu salmışıq. Hələ məktəblər açılmayıb, dərslər başlamayıb. Dərslər başlayanda necə olacaq?”.
Paytaxtın mərkəzi hissələrini çıxmaq şərtilə ətraf ərazilərdə ictimai nəqliyyatın acınacaqlı vəziyyətdə olduğu onsuz da hər kəsə bəllidir. Örnəyi, metronun «Xalqlar Dostluğu» stansiyasının qarşısından Yeni Günəşli istiqamətində hərəkət edən 50 və 64 saylı xətt avtobuslarıdır. İş saatının başlanma və bitmə vaxtlarında metro istiqamətində və metrodan Yeni Günəşli istiqamətində sıxlıq böyük olur. Səhərlər bəzən yarım saat dayanacaqda dayanıb gözləməli olursan ki, salonunda sərnişin seyrəkliyi olan bir avtobus gəlsin ki, minib metroya çatasan. Avtobuslar dolu olduğundan dayanacaqda heç saxlamırlar da. Eyni vəziyyət iş saatının bitmə müddətində də yaşanır. Bu zaman metrodan çıxmış sərnişinlərin avtobusa minmək uğrunda çabaları əsl «qladiotor döyüşü»nü xatırladır. Kimin qolu zorludursa, ya da bir az üzlüdüsə, özünü irəli verib avtobusa minə bilir.
Günün «pik» saatlarında ictimai nəqliyyatda basabas yaranması təbii hal hesab edilə bilər. Amma əgər əlaqədar qurumlar hər dəfə yeni avtobusların alındığı ilə öyünürlərsə, o yeni avtobusları qəsəbə sakinləri niyə görmür?
Niyə Rəsulzadə, Günəşli, Ramana, Lökbatan, Masazır, Xırdalan və sair qəsəbələrin sakinləri sınıq-salxaq avtobuslarda gedib-gəlir? Həm də avtobuslar arasında interval da böyük olur. Ona görə də sıxlıq yaranır. Sərnişin dayanacaqda nə qədər dayanıb gözləməlidir ki, salonunda seyrəklik olacaq bir avtobus gəlsin ki, o da minib evinə getsin?
Paytaxtın ictimai nəqliyyatında problemlərin bitib-tükənməməsi ilə bağlı «Şərq»ə danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirdi ki, sərnişindaşımada düzgün mexanizmlər tətbiq edilmir:
- Əsas problem ictimai nəqliyyatın düzgün idarə olunmamasındadır. Çünki sərnişindaşıma ilə bağlı düzgün mexanizmlər işlənib hazırlanmır. Doğrudur, Bakıda avtobus çoxdur. Bəs niyə yenə sıxlıq yaşanır, sərnişinlər qapılardan sallana-sallana gedir? Deməli, düzgün qurulmayan mexanizmlər var. Maştağa qəsəbəsinə sutka ərzində 10 avtobus işləyir, amma Yasamal, Səbail, 8-ci mikrorayon, və s. ərazilərə 20 avtobus. Bunun səbəbi odur ki, sərnişin sıxlığı düzgün öyrənilmir. Hansı saatda harada sıxlıq yaşanır, ictimai nəqliyyat buna uyğun qurulmalıdır. Digər bir səbəb, paytaxtda alternativ ictimai nəqliyyat növlərinin olmamasıdır. Bir metrodur, bir də avtobuslar. Türkiyədə tramvay da var, metrobuslar da var. Hansı ki, bu nəqliyyat növləri tıxacda qalmaqdan sığortalanıb. Çünki onların yoluna başqa heç bir nəqliyyat növü daxil ola bilmir. Şərqi Avropa ölkələrində tramvaylar da var, trolleybuslar da. Bu nəqliyyat növləri də həm sərfəlidir, həm də rahatdır. Ekoloji cəhətdən də təmizdir. Nə benzinlə işləyirlər, nə yanacaqla. Bizdə isə bu nəqliyyat növləri hamısı ləğv edildi, qaldı bircə avtobuslar. Yol infrastrukturu da çox yerdə düzgün qurulmadığından avtobusların hərəkətində gecikmələr də olur, tıxaca da düşürlər, sərnişin sıxlığı da yaşanır. Sürücülər də uzaq məsafələrə qəpik-quruşa işləmək istəmir. Bəzən avtobuslar eyni məsafəni iki dəfə təkrar qət edir. «Xalqlar Dostluğu» tərəfdə də belədir, «Koroğlu» stansiyası tərəfdə də. Avtobus 5 dəqiqəyə qət edə biləcəyi yolu, dairəvi manevrlər etmək, geriyə dönüş hərəkətləri sayəsində 15-20 dəqiqəyə gedir. Bu nəyə lazımdır? Dünyada qəbul olunmuş praktika mövcuddur. Avtobuslara bəzi yollarda yol hərəkəti qaydasını pozaraq dönmələrə icazə verilir. Bunu tıxaclardan yayınmaq və sərnişinləri vaxtında, təhlükəsiz mənzil başına çatdırmaq naminə edirlər. Qaldı ki, avtobuslara daş atılmasına, məncə, bu məsələ ilə hüquq-mühafizə orqanları məşğul olmalıdır. Burada konkret xuliqanlıq əməli var.
Mərkəzi hissələrdə əhali sıxlığı artıq neçə illərdir ki, azalıb. Əhali və sərnişin sıxlığının öyrənilməsi elmi əsaslara söykənməlidir. Həqiqət budur ki, əhali mərkəzdən ətraf ərazilərə yayılır. Hazırda paytaxtın qəsəbələrinə, eləcə də Bakıətrafı kəndlərə, böyük sıxlıq yaşanır. Bir neçə saat müşahidə aparmaq kifayətdir ki, Əhmədli, Yeni Günəşli qəsəbələrinə axşam saatlarında əhali axınının hansı dərəcədə olduğu bilinsin. İctimai nəqliyyatın hərəkəti də buna müvafiq tənzimlənməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Boğazında yemək qalan şagird manevrası ilə xilas edildi
21:34 11.04.2026
Hadisə
Özgür Özəl hakimiyyəti dəyişmək üçün seçki çağırışı edib.
21:18 11.04.2026
Gündəm
Tramp: Hörmüz boğazı tezliklə gəmiçilik üçün açılacaq
20:55 11.04.2026
Dünya
Faciəvi qəza: Ana övladlarını qorumaq üçün canından keçdi
20:52 11.04.2026
Hadisə
Çin Tayvan üçün "yumşaq güc" kartını açdı – ŞƏRH
20:41 11.04.2026
Gündəm
Cey Di Vens və Cared Kuşner İran rəhbərliyi ilə üzbəüz görüşdü
19:53 11.04.2026
Dünya
Kürd siyasətçi İraqın yeni prezidenti seçilib
19:17 11.04.2026
Dünya
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
18:50 11.04.2026
Hadisə
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya