Netanyahu: İranın nüvə obyektləri məhv edilməsə, hərbi variant gündəmdə olacaq
Yusif Nəzərli
17:19 08.04.2025
Gündəm
540
İsrailin Baş naziri Benyamin Netanyahu İranın nüvə obyektlərinin ABŞ-nin nəzarəti altında məhv edilmədiyi təqdirdə hərbi variantın gündəmdə olacağını bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə Vaşinqtona rəsmi səfəri zamanı videomüraciət yayıb və İranın nüvə silahına malik olmayacağını vurğulayıb.
Netanyahu bu məqsədin yalnız razılaşma yolu ilə deyil, həm də "hərbi seçimlər" vasitəsilə əldə edilə biləcəyini qeyd edib. O, ABŞ Prezidenti Donald Trampla İranın nüvə silahına malik olmaması mövzusunda həmfikir olduqlarını qeyd edib. Netanyahu istənilən mümkün razılaşmanın İranın nüvə obyektlərinin ABŞ nəzarəti altında tamamilə məhv edilməsini və avadanlıqlarının sökülməsini tələb edəcəyini bildirib.
Baş nazir söyləyib ki, əgər İranın nüvə obyektləri məhv edilməsə və ya Tehran ABŞ ilə danışıqları uzatsa, hərbi variantın gündəmə gələcəyini açıqlayıb.
Netanyahu, həmçinin Qəzza zolağında fələstinlilərin məcburi köçürülməsi planına toxunub və bu məsələni ABŞ Prezidenti Trampla görüşündə müzakirə apardıqlarını bildirib. O, Qəzzada insanların məcburi köçkünlüyünü ehtiva edən planın bir hissəsi olaraq bəzi ölkələrlə danışıqlar apardıqlarını iddia edib və Trampın elan etdiyi planın gec-tez həyata keçirilməli olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya
Uşaqlarda qulaq ağrısını kiçik saymayın: İltihabının əlamətləri
10:15 01.11.2026
Sağlamlıq
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
09:56 01.11.2026
Dünya
Səfir: Danimarka ABŞ üçün internet trafikini ələ keçirir
09:21 01.11.2026
Dünya
Avropanı bürüyən "YANĞIN" Trampı narahat etdi
09:09 01.11.2026
Gündəm
"Substansiya" filminin ulduzu üç illik evliliyini bitirir
08:53 01.11.2026
Şou
Yaşlanmağı qəbul eləmək 7 il ömrü uzadır
08:34 01.11.2026
Sağlamlıq
Kimin evində varsa, bəxti gətirdi
08:07 01.11.2026
Ölkə