Netanyahunun masasındakı plan ortaya çıxdı: Türkiyə ilə müharibəyə hazır olaq!
Yusif Nəzərli
15:01 07.01.2025
Gündəm
473
İsrailin baş naziri Benyamin Netanyahunun göstərişi ilə yaradılan Nagel Komitəsi Təl-Əviv rəhbərliyinə yeni hesabat təqdim edib. Hesabatda Türkiyə ilə “mümkün müharibə” üçün hazırlıqların görülməsi təklif edilirdi.
Sherg.az “The Jerusalem Post” qəzetinə istinadən xəbər verir ki, Nagel Komitəsinin müdafiə büdcəsi və təhlükəsizlik strategiyası ilə bağlı son hesabatında Təl-Əviv rəhbərliyinin Türkiyə ilə birbaşa münaqişəyə hazır olması təklif edilib, Müdafiə Naziri Yisrael Katz və Maliyyə Naziri Bezalel Smotrichə təqdim edilən hesabatda Türkiyənin Osmanlı dövründən təsirini bərpa etmək ambisiyası ilə hərəkət etdiyi və müzakirə mövzusu olan vəziyyətin İsraillə gərginliyin artmasına səbəb ola biləcəyi iddia edilir.
Hesabatda suriyalı müxalif qrupların Türkiyə ilə ittifaq qurması və İsrailin təhlükəsizliyinə yeni və güclü təhdid yarada bilməsi riskinin mövcud olduğu vurğulanır və əlavə edilir ki, “Suriyadan gələn təhlükə İrandan gələn təhlükədən daha təhlükəli ola bilər”. Nagel Komitəsinin hazırladığı hesabatda “Türkiyənin yaratdığı çağırışların” və digər regional təhlükələrin öhdəsindən gəlmək üçün növbəti beş il ərzində müdafiə büdcəsinin hər il 15 milyard şekelə qədər (təxminən 4,14 milyard dollar) artırılması tövsiyə edilib. Netanyahu, "Yaxın Şərqdə köklü dəyişikliklərin şahidi oluruq. İran uzun müddətdir bizim ən böyük təhdidimizdir, lakin yeni güclər arenaya girir və biz gözlənilməz vəziyyətlərə hazır olmalıyıq. Bu hesabat bizə İsrailin gələcəyini təmin etmək üçün bir yol xəritəsi təqdim edir." O, Türkiyə ilə mümkün qarşıdurmaya hazırlıq üçün hərbi imkanların gücləndirilməsinin vacibliyini irəli sürən ifadələrdən istifadə edərək, İsrailin uzun müddətdir ki, güclənməsi üçün əlavə F-15 qırıcıları, yanacaq dolduran təyyarələr, pilotsuz uçuş aparatları və peyklər alması lazım olduğunu vurğulayıb. Hesabatda qısaca olaraq vurğulanıb ki, orta mənzilli Dəmir Günbəz, ABŞ ilə birlikdə istehsal edilən orta uzun mənzilli David's Sling, Arrow sistemləri və Iron Beam lazer kimi hava hücumundan müdafiə sistemlərinin imkanları gözdən keçirilir. Əsaslı raketdən müdafiə sisteminin təkmilləşdirilməsi lazım olduğu ifadə edilən hesabatda, İordaniya ilə ola biləcək diplomatik nəticələrə baxmayaraq, İsrailin İordaniya Vadisi boyunca möhkəmləndirilmiş bir təhlükəsizlik baryerinin inşa edilməsinin ölkənin müdafiə strategiyasında əhəmiyyətli bir dəyişikliyə səbəb olacağı da ifadə edilir.
Oxşar xəbərlər
Azərbaycanla Ermənistan arasında sovet dövründə mövcud olmuş dəmir yolu bərpa ediləcək - Paşinyan
18:36 07.10.2026
Paşinyandan əsgərimizlə bağı yeni açıqlama: Heç olmasa, bir müddət burada saxlanılmalıdır
17:53 07.10.2026
Xəbər lenti
Hamısına bax
BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib
18:15 07.10.2026
Dünya
Kobaxidze: Gürcüstan Ukrayna və Moldovadan min addım irəlidədir
17:56 07.10.2026
Dünya
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya
Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib
16:08 07.10.2026
Dünya
Prezident İlham Əliyev Putinə zəng edib
15:37 07.10.2026
Futbol
Qan donduran hadisə: Evdən 14 uşaq çıxdı - Çinli cütlük saxlanıldı
15:12 07.10.2026
Hadisə
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
15:10 07.10.2026
Dünya