Venesuela Prezidenti Nikolas Maduroya qarşı narkoterrorizm, kokain idxalı və silah saxlanması ittihamları irəli sürülüb.
APA xəbər verir ki, bu barədə ABŞ-nin Baş prokuroru Pamela Bondi "X" sosial şəbəkəsində yazıb.
Baş prokurorun sözlərinə görə, Nikolas Maduro və onun arvadı Siliya Flores Nyu-York ştatının Cənub bölgəsində ittiham olunublar.
“Yaxın vaxtlarda onlar ABŞ hüquq-mühafizə orqanlarının tam sərtliyi ilə, ABŞ ərazisində və ABŞ məhkəmələrində üzləşəcəklər”, - o vurğulayıb.