ABŞ-də ICE (immiqrasiya polisi) əməliyyatları zamanı iki nəfərin öldürülməsi ölkə üzrə kütləvi etirazlara səbəb olub. Keçmiş prezidentlər Barak Obama və Bill Klinton Tramp administrasiyasını sərt tənqid edərək ABŞ-ın əsas demokratik dəyərlərinin təhlükə altında olduğunu bildiriblər.
Sherg.az xəbər verir ki, Bill Klinton xalqa müraciət edərək “Ayağa qalxın, səsinizi yüksəldin” çağırışı edib. Obama isə baş verənləri “ciddi xəbərdarlıq” adlandıraraq ICE əməkdaşlarının maskalı və aqressiv taktikalarının cəmiyyətdə haqlı qəzəb yaratdığını vurğulayıb.
Donald Tramp isə baş verənlərə görə demokratları günahlandırıb. Ekspertlər etirazların genişlənə biləcəyini və yaşananların ABŞ demokratiyası üçün dönüş nöqtəsi ola biləcəyini bildirirlər.