Öcalan PKK-nı ləğv edir – Tarix bəlli oldu
Yusif Nəzərli
08:08 01.02.2025
Gündəm
313
PKK/YPG terror təşkilatına bağlı SDQ-nin lideri Mazlum Abdi PKK başçısı Abdullah Öcalanın fevralın 15-də bir bəyanat verəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İtaliyanın “III Manifesto” qəzeti məlumat yayıb.
Məqalədə Abdinin nəşrə iki mühüm məlumat verdiyi və Öcalanın fevralın 15-də Keniyada saxlanılmasının 26-cı ildönümündə bəyanat verəcəyini təsdiqlədiyi bildirilib.
SDQ lideri bəyanatın video şəklində də ola biləcəyini iddia edib: “İnanırıq ki, bəyanatda Suriyanın şimal-şərqi ilə bağlı nəsə olacaq. Abdullah Öcalanın bu bölgə ilə çox sıx əlaqələri var. Burada hər şey bir-birinə bağlıdır”.
Abdi həmçinin Suriyanın yeni rəhbərliyi ilə dialoqun daha geniş danışıqlar prosesinin bir hissəsi olduğunu deyib.
“Hürriyət” yazır ki, DEM Partiyası mənbələrinin təşkilata yaxın mətbuat orqanlarına verdikləri məlumata görə, Öcalan fevralın 15-də PKK-ya silahı yerə qoymaq çağırışı etmək istəyir:
“Öcalanın gözlənilən açıqlamanı videoçəkiliş vasitəsilə öz səsi ilə vermək istədiyi, hətta yüksək səviyyəli bir dövlət məmuru və ya rəsmisinin iştirakı ilə bəyanatını gücləndirməyi planlaşdırdığı bəlli olub. Bununla belə, hökumət mənbələrinin videoçəkilişə müsbət yanaşmadıqları və bəyanatın yazılı şəkildə olmasına üstünlük verdikləri bildirilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual