Özəl xəstəxanların “pul tələsi”: “Analizi bizdə, dərmanı bizdə , sistemi bizdə... – Pasiyentlər “soyulur”...
Fidan Həmişəyeva
15:53 20.05.2020
Gündəm
1113
“5 manatlıq dərman da eyni xəstəliyə kömək edə bilər, 100 manatlıq firma dərmanı da. Həkim mütləq 100 manatlıq dərmanı yazır”
“Həkim həm xəstədən pul alır, həm də ona yazdığı dərmandan faiz götürür, Beləliklə, ölkədə kimsəsiz xəstələr ordusu əmələ gəlir”
Paytaxt Bakıda fəaliyyət göstərən “Milan Hospital” sözün həqiqi mənasında pasiyentləri tələyə salınır. Bu barədə redaksiyamıza adının çəkilməsini istəməyən vətəndaşlarımızdan biri məlumat verib. Onun sözlərinə görə, xəstəxanada MRT müayinəsindən keçdikdən sonra həkimin maraqlı yanaşması ilə qarşılaşıb.
Həkim pasiyentə dərmanları hansı aptekdən almalı olduğunu, eyni zamanda 10 gün xəstəxanada yatmalı olduğunu deyib. 10 günlük xidmət haqqı isə təqribən 3000 manatdır. Vətəndaş imkanın olmadığını əsas gətirərək müalicəsini evdə davam etdirmək istədiyini söyləsə də, həkim bunun düzgün olmadığını deyib. Həkim xəstənin sistemlərinin də məhz həmin xəstəxanada asılmalı olduğunu bildirib.
Məlumdur ki, sistem asılması kimi tibbi prosedurun evdə yerinə yetirilməsi mümkündür. Amma həkimin nə üçün israrla özü dediyi aptekdən dərmanların alınmalı olduğunu vurğulaması diqqət çəkir.
Mövcud durumla bağlı “Sherg.az”a danışan Azərbaycan Demokrat Partiyasının sədri, ixtisasca həkim Sərdar Cəlaloğlu bildirib ki, ölkəmizdə səhiyyə xidmətini biznes kimi başa düşürlər.
O bildirib ki, səhiyyə xidmətində əsas məqsəd vətəndaşa yüksək və keyfiyyətli tibbi yardımın göstərilməsidir. Azərbaycanda isə əksinədir:
“Tibbi xidməti vətəndaşlardan pul qazanmaq kimi başa düşürlər. Ona görə də qiymətlər vətəndaşların gəlirlərinə uyğun deyil. Ölkəmizdə elə bir xəstə yoxdur ki, əmək haqqı müqavilində müalicə olunsun. Bir vətəndaş minimum əmək haqqı alırsa, 1 il çörək yeməməlidir ki, gedib hansısa xəstəliyini müalicə etdirsin. Özəl sektorun inkişaf etməsinin əleyhinə deyiləm. Pullu səhiyyə olsa da, orada qiymətlərin müəyyən edilməsi azad ola bilməz. Analizlərə baxanda görürük ki, bir xəstəxanada 100 manat, digərlərində 40-60 manat, bəzi xəstəxanalarda isə 200 manatdır. Xəstəxanalarda qəribə fərqliliklər var. Bunların hamısı Azərbaycanda özəl səhiyyə sistemininin tənzimlənməməsi və özbaşınalıqdır. Özəl xəstəxanaların hamısı hansısa nazirin, millət vəkilinin, icra başçısınındır. Ona görə də özəl xəstəxanalara nəzarət etməyə imkan vermirlər”.
S.Cəlaloğlu bildirib ki, ölkəmizdəki xəstəxanalar vətəndaşları istismar edən, onları “soyan” kapitalizmin funksiyalarını yerinə yetirən bir təşkilata çevrilib.
“Məsələn, bir xəstə öldüsə və yaxud düzgün müalicə olunmayıb əlil oldusa, həmin xəstə kompensasiya tələb edə bilmir. Çünki qanunlar qarmaqarışıq verilib. Halbuki, Azərbaycan konstitutsiyasında dövlət orqanlarının vətəndaşa vurduğu ziyan həmin orqanlar tərəfindən vətəndaşa qaytarılmalıdır. Amma bu günə qədər bir fakt göstərə bilmərik ki, hansısa idarə vətəndaşa ziyan vurur və həmin idarədə vətəndaşın ziyanı ödənilir.
Bəlkə də xəstənin dərmana ehtiyacı yoxdur, amma dəfələrlə rast gəlmişəm ki, 5 manatlıq dərman da eyni xəstəliyə kömək edə bilər, 100 manatlıq firma dərmanı da. Həkim mütləq 100 manatlıq dərmanı yazır. Xəstə aptekə gedir və dərman reseptində həkimin imzası var. Firma dərhal həkimin hesabına faiz yazır. Beləliklə, həkim həm xəstədən pul alır, həm də ona yazdığı dərmandan faiz götürür. Bu, Azərbaycanda çox ciddi bir problemdir”.
ADP sədri qeyd edib ki, bu gün əlilliklərin və xəstəliklərin yaranması vətəndaşların effektli və keyfiyyətli tibbi yardım ala bilməməsi ilə bağlıdır:
“Konstitutsiyada vətəndaşların sağlamlıq hüququ var. Bu, o deməkdir ki, vətəndaş imkanı yoxdursa, tibbi xidmət alır və dövlət mütləq onun xərclərini üzərinə götürməlidir. Pullu səhiyyə adı altında vətəndaşların sağlamlıq hüququnu məhdudlaşdırmaq olmaz. Təəssüf ki, Azərbaycanda qanun işləmir. Xalqımızın həm sağlamlığından, həm təhsilindən, həm mədəniyyətindən, həm də milli mənsubiyyətindən istifadə edirlər. Beləliklə, ölkədə kimsəsiz xəstələr ordusu əmələ gəlir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pensiyalar nə vaxt veriləcək?
12:26 07.07.2026
Sosial
Ankarada 36-cı NATO Sammiti başlayıb - FOTO
12:12 07.07.2026
Gündəm
Mərdəkanda dənizdə nəzarətsiz ərazidə 16 yaşlı oğlan batıb
12:06 07.07.2026
Hadisə
Müəllimlərin geyimi ilə bağlı qanun qəbul edildi
11:59 07.07.2026
Aktual
Abşeronda silah-sursat tapıldı - VİDEO
11:49 07.07.2026
Hadisə
Şavkat Mirziyoyev İordaniya XİN başçısını qəbul etdi
11:34 07.07.2026
Dünya
Baş nazir İstanbulda turist oldu: Tarixi məkanları ziyarət edib
11:34 07.07.2026
Gündəm
İndoneziyada Levotobi vulkanı yenidən püskürdü
10:35 07.07.2026
Hadisə
Tramp, Makron və NATO-ya üzv 32 ölkənin lideri Türkiyədədir
10:28 07.07.2026
Gündəm
Bu gün Sumqayıtın bir hissəsində qaz olmayacaq
10:24 07.07.2026
İnfrastruktur
Səhiyyə nazirinə yeni müavin təyin edildi
10:17 07.07.2026
Sağlamlıq
Bakı-Naxçıvan marşrutu üzrə aviareyslər bərpa olundu
10:03 07.07.2026
Ölkə
Əksər yerlərdə şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
09:42 07.07.2026
Ekologiya
Azərbaycan nefti bahalaşıb
09:31 07.07.2026
İqtisadiyyat