Özümüzə də əminik, Şuşaya da...
Turan
08:45 07.01.2021
Gündəm
562
Yaxın zamanlarda bu şəhər nəinki Azərbaycanın, dünyanın gündəminə düşəcək
Tural Gəncəliyev: "Şuşanın adı Avropanın mədəni şəhərləri sayılan Paris və Vyana ilə bərabər çəkiləcək"
Prezident İlham Əliyev mədəniyyət naziri Anar Kərimovu qəbul edərkən Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan etdiyini bildirib. Dövlət başçısı vurğulayıb ki, Şuşa şəhəri bu ada layiqdir. Ölkə rəhbəri qeyd edib ki, Şuşa nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər: “Şuşanın bərpası ilə əlaqədar işlərə start verilib. Göstərişimlə böyük heyət oraya ezam edilib. Yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir”. Vətən müharibəsi zamanı dillərə dastan hərbi əməliyyatla düşməndən azad edilən Şuşa istər yerləşdiyi coğrafi mövqe, istərsə də tarixi və mədəni imkanları baxımından olduqca strateji əhəmiyyətə malikdir. Şuşa həm də Azərbaycan mədəniyyətinin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin yetişdiyi bir məkandır.
Təsadüfi deyil ki, el arasında Şuşa “Zaqafqaziyanın konservatoriyası” adlandırılırdı. Cənubi Qafqazda yeganə “Şərq musiqi alətləri” fabriki Şuşada yerləşirdi. Müxtəlif mədəniyyət festivalları məhz Şuşada keçirilirdi. “Azərbaycan mədəniyyətinin paytaxtı” statusu sadəcə bu şəhərin deyil, bütövlükdə Dağlıq Qarabağın gələcəyinə, bölgədə elmin, mədəniyyətin, təhsilin, iqtisadiyyatın inkişafına təsir göstərəcək. Yaxın zamanlarda hərtərəfli inkişaf etmiş, tarixi-memarlıq abidələri restavrasiya olunmuş, qədimliklə müasirliyi özündə əks etdirən dünya səviyyəli, turizm mərkəzinə çevrilmiş gözəl bir şəhərin şahidi olacağıq.
Dövlət başçısının qərarını “Şərq”ə dəyərləndirən şuşalı millət vəkili, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev deyib ki, Prezidentin Qarabağın incisi ilə bağlı möhtəşəm fikirləri şuşalı kimi onu çox fərəhləndirib. Depuatın sözlərinə görə, Şuşa şəhəri inşa ediləndən, yəni XVIII əsrin ortalarından bəri Qarabağın, bütövlükdə Azərbaycan mədəniyyətinin beşiyi olub:
“İşğaldan azad edildikdən sonra Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan olunması bu məkanın yenidən canlanacağına dəlalət edir. Şuşaya yeni nəfəs gələcək. Cənab Prezident qeyd etdi ki, həm Şuşa, həm də işğaldan azad edilmiş digər ərazilərlə bağlı böyük layihələr, projelər olacaq. Şəhərdə “Xarı bülbül” festivalının keçirilməsi, Vaqif poeziya gecələrinin bərpa olunması bizi əmin edir ki, yaxın gələcəkdə Şuşa nəinki Azərbaycanın, dünyanın gündəminə düşəcək.
Dünyada elə şəhərlər var ki, mədəniyyət, incəsənət mərkəzləri kimi tanınır. Əminəm ki, Şuşanın adı Avropanın mədəni şəhərləri sayılan Paris və Vyana ilə bərabər çəkiləcək. Vyana dedikdə ağlımıza ilk gələn musiqidir, bəstəkar Motsartdır. Şuşanın adı çəkiləndə isə yadımıza dərhal Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyov düşür. Şuşa mədəniyyət və incəsənət beşiyi kimi tarixən böyük şəxslər, musiqişünaslar yetirib”.
T.Gəncəliyev tarixi anlara şahidlik etdiyi üçün özünü çox xoşbəxt saydığını söyləyib:
“İnşallah, Şuşa musiqi məktəbinin yetirməsi kimi orada musiqimizin bərpasına öz töhfəmi verəcəm.
Sevindirici haldır ki, Azərbaycanlı tarzən Mirzə Sadıq (Sadıqcan) tərəfindən ixtira edilən tarın Şuşada yenidən ifa edilməsinə, Sadıqcanın və digər dahi şəxslərin ev muzeylərinin, eyni zamanda uşaqlığımın keçdiyi məşhur “Çölqala Məhəlləsi”nin yenidən bərpasına şahidlik edəcəyik”.
Parlament üzvü doğma yurdu Şuşaya nə vaxt gedəcəyinə də aydınlıq gətirib: “Mən Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvüyəm. Ötən gün Müşahidə Şurasının ilk iclası keçirildi.
İşğaldan azad olunmuş ərazilərimizlə bağlı Fondun konsepsiyası ondan ibarətdir ki, bütün ərazilərdə ilk növbədə təhlükəsizlik məsələləri həll olunsun, bölgə minalardan təmizlənsin, terrorçu qruplar tamamilə zərərsizləşdirilsin.
İkinci periodda infrastuktur və quruculuq-bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Son mərhələdə isə insanlarımızın təhlükəsizliyi və sosial müdafiəsi təmin olunmaqla Qarabağa geri dönüşü planlaşdırılır.
Biz də yüzminlərlə Azərbaycan vətəndaşı ilə birlikdə Şuşaya və digər şəhərlərimizə qayıdacaq, yaşayıb-yaradacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyənin müdafiə naziri Qətərə gedib
19:58 13.04.2026
Region
Ərdoğan: Ailəyə hücum milli təhlükəsizlik məsələsidir
19:53 13.04.2026
Gündəm
Starmer İsrailin Livana zərbələrini "səhv" adlandırıb
19:33 13.04.2026
Dünya
Rusiya TRIPP layihəsinə mane olur - Əziz Əlibəyli
19:13 13.04.2026
Gündəm
Tramp İran gəmilərini məhv edəcəyi ilə hədələyib
18:58 13.04.2026
Gündəm
Fars körfəzində 20 min dənizçi ilişib qalıb
18:45 13.04.2026
Dünya
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
18:38 13.04.2026
Gündəm
Hizbullah İsrailin şimalındakı hədəflərə zərbələr endirdi
18:31 13.04.2026
Region
Bəhreyn İraqa nota verdi
18:05 13.04.2026
Gündəm
Pezeşkian: Başqa ölkələrə qarşı heç bir iddiamız yoxdur
17:38 13.04.2026
Gündəm
Madyar: Xarici ölkələrin daxili işlərinə qarışmayacağam
17:37 13.04.2026
Dünya
Xalq artisti Maqsud Məmmədov vəfat edib
17:36 13.04.2026
Mədəniyyət
Orbanı vətənpərvər adlandırmaq gülüncdür - POLİTOLOQ
17:24 13.04.2026
Gündəm
Madyar Rusiyaya təşəkkür etdi
17:01 13.04.2026
Dünya
Ramin Nurəhmədov işdən çıxdı
16:57 13.04.2026
Cəmiyyət
İranın blokadası bütün sahil xəttini əhatə edəcək
16:51 13.04.2026
Dünya