
Pakistanla hərbi sahədə əməkdaşlıq daha da genişlənəcək - TƏHLİL
Yusif Nəzərli
02:42 26.02.2025
Gündəm
468
Pakistan istehsalı olan, yeni nəsil texnologiyalarla dəstəklənən hərbi-texniki avadanlıqların ordumuzun təminatına daxil edilməsi gözlənilir
Azərbaycanla Pakistan arasında hərbi sahədə əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və daim inkişaf etməkdədir. İki ölkə arasında müxtəlif səviyyələrdə müdafiə sahəsində anlaşmalar imzalanıb, birgə hərbi təlimlər təşkil edilib və müdafiə sənayesi sahəsində əməkdaşlıq genişləndirilib. Pakistanın güclü hərbi sənaye potensialı, xüsusilə aviasiya və müdafiə texnologiyaları sahəsindəki təcrübəsi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Silahlı Qüvvələri ilə Pakistan Ordusu arasında da sıx əlaqələr mövcuddur. Hərbi-texniki sahədə qarşılıqlı dəstək, təcrübə mübadiləsi və kadr hazırlığı bu əməkdaşlığın əsas istiqamətlərindəndir. Azərbaycan Ordusunun zabitləri Pakistanın nüfuzlu hərbi akademiyalarında təhsil almaq və peşəkar biliklərini artırmaq imkanı əldə edirlər. Son illərdə Pakistanın istehsal etdiyi müasir döyüş texnikaları, xüsusilə aviasiya sahəsindəki yeniliklər Azərbaycanın diqqət mərkəzində olub. Bu əməkdaşlığın ən son və mühüm nailiyyətlərindən biri Azərbaycanın JF-17C çoxməqsədli döyüş təyyarələrini əldə etməsidir. 2024-cü il sentyabrın 25-də Prezident İlham Əliyevə yeni təyyarələrin təqdim edilməsi Azərbaycanın müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addımlardan biri kimi qiymətləndirilməlidir. Bu, Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni mərhələyə keçdiyini və strateji tərəfdaşlığın daha da gücləndiyini göstərir. Prezident İlham Əliyevin ötən il iyulun 12-də İslamabadda Pakistanın "Milli Aerokosmik Elm və Texnologiya Parkı"ndakı hərbi sərgi ilə tanışlığı iki ölkə arasında hərbi və texnoloji sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlmiş mühüm bir addım olub. Bu əməkdaşlıq Azərbaycanın hərbi potensialını artırmaqla yanaşı, regional və beynəlxalq təhlükəsizlik sistemində daha güclü mövqeyə sahib olmasına da şərait yaradır. Əminliklə söyləmək olar ki, ölkələrimiz arasında hərbi sahədə strateji əməkdaşlıq gələcəkdə daha da genişlənəcək və yeni texnologiyalar, ortaq layihələr və təcrübə mübadiləsi bu tərəfdaşlığı daha da möhkəmləndirəcək.

Hərbi ekspert Elxan Şıxaliyev "Sherg.az"a deyib ki, Azərbaycanla Pakistan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir və bir çox istiqamətlərdə dərin əlaqələr mövcuddur. Ekspert xatırladıb ki, ölkəmiz müstəqilliyini əldə etdikdən sonra Azərbaycanı ilk dəstəkləyən ölkələrdən biri də Pakistan idi:
"1994-cü ildən sonra Ümummilli Lider Heydər Əliyevin Pakistana səfərindən sonra əlaqələr yeni mərhələyə keçdi. Pakistanla siyasi-iqtisadi əlaqələrin ardınca hərbi-strateji əməkdaşlıq müqavilələri də bağlandı. 2014-cü və 2017-ci ildə Azərbaycan və Pakistan arasında hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığımız genişlənmiş səviyyəyə gəldi. Pakistan 44 günlük müharibə zamanı Azərbaycana böyük siyasi-mənəvi dəstək verdi. Azərbaycan Pakistandan yeni nəsil döyüş təyyarələrinin alınmasına qərar verdi. "JF-17 Thunder" çoxməqsədli döyüş təyyarələrinin alınması üçün 1.6 milyard manat vəsait ayrıldı. Azərbaycan özünün aviasiya parkını Pakistan istehsalı olan "JF-17C block 3" seriyası ilə tamamilə yeniləmək niyyətindədir. Bu, uzunmüddətli proqramdır. Bundan əlavə Azərbaycan Pakistanın, o cümlədən Türkiyənin də qatılması ilə üçtərəfli hərbi təlimlərdə iştirak etməkdədir. Həmçinin Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin Pakistan hərbi məktəblərində öz təhsil və ixtisaslarını artırması hər zaman gündəmdə olub. İndiki mərhələdə Pakistan Azərbaycanın siyasi-iqtisadi və hərbi baxımdan ən strateji müttəfiqlərindən biridir. Ötən ilin oktyabrında Pakistanın Birləşmiş Qərargahlar Komitəsinin sədri Azərbaycana gəlmişdi, ondan öncə bizim Müdafiə Nazirliyinin nümayəndələri Pakistanda silah sərgisində iştirak etmişdilər. Şübhəsiz, Pakistan baş nazirinin Azərbaycana səfəri çərçivəsində hərbi və hərbi-texniki əməkdaşlığın dərinləşdirilməsi də müzakirə olunacaq. Pakistanın müdafiə sənayesi çox böyük ixrac potensialına malikdir. Pakistan istehsalı olan, yeni nəsil texnologiyalarla dəstəklənən hərbi-texniki avadanlıqların Azərbaycan Silahlı Qüvvələrinin təminatına daxil edilməsi gözləntiləri var. Yəqin ki, Pakistan rəhbərliyinin budəfəki səfərindən sonra hərbi sahədə əməkdaşlıq daha da genişlənəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi