“Pandemiya ilə mübarizədə Azərbaycan modeli formalaşdı” – Millət vəkili
Fidan Həmişəyeva
11:43 14.04.2020
Gündəm
1383
“Ölkəmizin başçısı qlobal pandemiya günlərində nümayiş etdirdiyi mövqeyi ilə fövqəladə hallarda Azərbaycan fenomenini ortaya qoymuş oldu”
“Yer kürəsi bütün düyanı təhdid edən qlobal pandemiya “fenomeni” çərivəsində savaşmaqdadır. Bu “düşmən” həm də qlobal güclərin reaksiyasını, birbaşa isə gücünü və fors-major hallarda göstərdiyi real müqavimətini ölçməklə yeni dünya nizamının meyarına çevirildi”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili Tamam Cəfərova deyib.
Deputat qeyd edib ki, statisikaya görə, nəinki regional maştabda, hətta qlobal qiymətləndirmədə Azərbaycan modeli, Azərbaycan yanaşması və fövqəladə hallarda Qafqaz ölkəsinin qiymətləndirməsi xüsusi model rolunu oynadı:
“Azərbaycan rəhbərinin pandemiya ilə mübarizədə göstərdiyi çevik reaksiya və fövqəladə hallarda nümayiş etdirdiyi liderlik bacarığı indi-xüsusi həssas fonda həlledici rola malik olmaqla qalmadı, Onun “COVİD -19” ilə mübarizədə bütün dünyada nəinki dövlətlərin, hətta regional və qlobal qurumların iflas etdiyi, tənəzzülə uğradığı bir dövrdə parçalanmış və spesifik, qlobal problemləri ilə başı qarışmış dünyada yeni bir model formalaşdırdı.
Bu uğurlu yanaşma təkcə ÜST ilə qarşılıqlı, intensiv əməkdaşlıqla başa çatmadı, dünyanı əhatə edən pandemiya ilə mübarizədə Azərbaycan nümunəsi ilə təsəlli etdi.
Paralel olaraq, bütün dünya qurumları, beynəlxalq insan haqlarına cavabdeh olan təşkilatlarla belə, reaksiyada gecikdiyi bir gündə Azərbaycan rəhbəri müasir dünyanın interaktiv tələblərinə uyğun olaraq, əvvəlcə Türk Birliyini topladı.
Bu beynəlxalq siyası toplaşma həm virusa qarşı ilk qiymətləndirmə verdi, həm də bütün dünyada cavadeh qurumların iflas etdiyi dövrdə ilk nümunə və dünyada bir Azərbaycan meyarı oldu ki, bir ilk səciyyəyə malik oldu.
Azərbaycan prezidentinin qlobal pandemiya günlərində nümayiş etdirdiyi mövqe təkcə Azərbaycan nümunəsi olmadı, bütün dünya liderliyini, hətta fövqəladə hallarda Azərbaycan fenomenini ortaya qoymuş oldu.
Dünənki statistikiya görə, Azərbaycan Respublikasında 40 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 50 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 1 098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 250 nəfər müalicə olunaraq sağalıb, 11 nəfər vəfat edib, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 37 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 66 677 test aparılıb”.
T.Cəfərova bildirib ki, cənab Prezidentin titanik yanaşması və qlobal düşüncəsi bütün dünyada təqdir olunub:
“Bu gün dünya mediası koronavirusla mübarizədə Azərbaycan nümunəsindən bəhs edir. Çünki bu mübarizə çərçivəsində koronovirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə hökumət tərəfindən sistemli addımlar atılır. Xüsusi karantin rejiminin tətbiq olunması da bu məqsədə xidmət edir.
Dövlət baçısının göstərişinə əsasən qlobal pandemiyanın vuracağı zərərə görə Nazirlər Kabineti müvafiq Tədbirlər Planı təsdiqləyib. Məqsəd vətəndaşların sosial müdafiəsini tam təmin etməkdir.Görülən bu işlərin fonunda vətəndaşlar karantin rejiminin qaydalarına əməl etməlidir.Üstəgəl, ölkədə minlərlə aztəminatlı ailələrin dövlət büdcəsi hesabına yarıdımla təmin olunması bir dünya nümunəsidir.
Demək olar ki, Azərbaycanın prezidentinin rəhbərliyi ilə ortaya qoyulan uğurlu nümunə, həyata keçirdiyi tədbirlər bütün dünyada predmet formalaşdırıb, artıq bütün beynəlxalq qurumlardan bu istiqamətdə təşəkkürlər gəlməkdə davam edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət