Pandemiyadan sonrakı dönəmdə yeni qaydalar... – Professor izah edir
Şəymən Bayramova
14:59 03.07.2020
Gündəm
1189
“Bu qaydalar bizə daha səmərəli çalışmağı və düzgün yaşamağı öyrədəcək”
"İsrafçılıq aradan qalxacaq, insanlar bəşəri dəyərləri də qiymətləndirməyə və qorumağa çalışacaqlar”
"İdarəçilikdə distant fəaliyyətin səmərəliliyi artıq dünyanın aparıcı şirkətləri tərəfindən təsdiq olunur. Distant təhsilin yeni uğurlu nəticələrə aparan variantları işlənir, xidmət sferası öz işini xidmətləri insanlara çatdırmaq kontekstində yenidən qurmağa köklənirlər və s. Bir sözlə, bəşəriyyət pandemiyadan sonrakı dönəmdə yeni qaydalarla yaşamağa üz tutur".
Bu sözləri “Sherg.az”a açıqlamasında iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib. Professorun sözlərinə görə, bu qaydalar bizə daha səmərəli çalışmağı və düzgün yaşamağı öyrədəcək:
"Koronavirus pandemiyasının dünya düzənini dəyişəcəyi ilə bağlı fikirlər bu problemin yarandığı ilk günlərdən səslənməkdədir. Bəs, bu dəyişikliklər hansı sahələri əhatə edəcək? Onu deyim ki, israfçılıq anlayışı aradan qalxacaq, insanlar özlərini düşündükləri qədər bəşəri dəyərləri də qiymətləndirməyə və qorumağa çalışacaqlar. Bu gün artıq bütün hökumətlər, o cümlədən, Azərbaycan hökuməti də dünyada başlanan yeni çağrışlara uyğun islahatlar aparmağa köklənib. İslahatlar ölkə həyatının bütün sferalarını əhatə edəcək və bu yolda artıq ilkin addımlar atılmağa başlanıb.
Yeni çağırışlar kontekstində hökumətin cəmiyyətdə vətəndaş həmrəyliyini yüksəltmək və ictimai nəzarəti gücləndirmək istiqamətində atdığı addımlar tədqirəlayiqdir.
Bu yolun başlanğıcında yeni siyasi partiyaların fəaliyyətinə geniş meydan verilməsi, siyasi partiyalarla, vətəndaş cəmiyyətinin nümayəndələri ilə Prezident administrasiyasında yüksək səviyyədə görüşlərin keçirilməsi ölkənin siyasi səhnəsində son illlərin ən diqqətçəkən yenilik hesab edilə bilər".
F.Yusifovun sözlərinə görə, hökumət ölkədə vətəndaş həmrəyliyinin yüksək səviyyədə olması üçün ən zəruri addımlar atır.
Bu, cəmiyyətin demokratikləşməsi və dövlətin idarə edilməsində siyasi plüralizm mühütinin yaradılması deməkdir. Siyasi plüralizm hökumətin aparacağı bütün islahatların keyfiyyətinin yüksəlməsinə və dövlət idarəçiliyinin yeni çağrışlara tam uyğunlaşdırılmasına zəmin yaradacaqdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi