Paşinyan: Azərbaycanın təhvil verdiyi ermənilərin səhhətində problem yoxdur

Gevorq Sudjyan, David Davtyan, Vigen Euljekyan və Vaqif Xaçatryan bu yaxınlarda Həkəri körpüsündə Azərbaycan Respublikasının müvafiq orqanlarının nümayəndələri tərəfindən Ermənistan Respublikasının müvafiq orqanlarının nümayəndələrinə təhvil verilib.

APA xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

O qeyd edib ki, yuxarıda adıçəkilən şəxslər hazırda Ermənistan Respublikasının ərazisindədirlər.

Paşinyan onu da bildirib ki, ilkin müayinənin nəticələrinə görə Gevorq Sujyan, David Davtyan və Vigen Eulceciyanın səhhətində problem yoxdur.

"Vaqif Xaçatryanın səhhəti əvvəlcədən qənaətbəxş qiymətləndirilir", - Baş nazir əlavə edib.