Paşinyan çevik tərpəndi, onların hamısına qarşı uyğun tədbirlər görüldü - ŞƏRH
Yusif Nəzərli
09:38 28.06.2025
Gündəm
397
İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi “Müqəddəs Mübarizə” adlı müxalif hərəkatın lideri, arxiyepiskop Baqrat Qalstanyanın iki ay müddətinə həbs olunması barədə qərar verib. Din xadiminin vəkili bildirib ki, qərardan Apellyasiya Məhkəməsinə şikayət veriləcək. Ermənistan İstintaq Komitəsi Qalstanyanı və onun rəhbərlik etdiyi hərəkat üzvlərini hakimiyyəti zorla ələ keçirmək və terror aktları planlaşdırmaqda ittiham edir. İddialara əsasən, hərəkat iştirakçıları qabaqcadan razılaşdırılmış şəkildə bu məqsədlə müxtəlif vasitə və alətlər əldə ediblər. Bu çərçivədə bir sıra ünvanlarda axtarışlar aparılıb.
Baqrat Qalstanyanın həbsi Ermənistan cəmiyyətində mövcud olan dərin parçalanmanı daha da üzə çıxarır. Tarix boyu kilsə institutunu milli kimliyin dayağı kimi qəbul edən erməni ictimaiyyətində bir din xadiminin bu cür ittihamlarla üzləşməsi təkcə hüquqi məsələ deyil, həm də ciddi ideoloji və sosial sarsıntıdır. Burada diqqətçəkən məqam odur ki, Qalstanyan dini mövqeyini siyasi ambisiyalarla birləşdirərək, “Müqəddəs Mübarizə” adı altında kilsəni siyasi alətə çevirməyə çalışır. Bu, həm Ermənistanın daxili sabitliyi, həm də region üçün riskli tendensiyadır. Çünki cəmiyyətin emosional və dini inanc qatları manipulyasiya olunduqda, idarəolunmaz vəziyyətlərə yol aça bilər.
Siyasi şərhçi Azər Həsrət Sherg.az-a söyləyib ki, Baqrat Qalstanyan və Ermənistan keşişləri, din xadimləri həqiqətən də erməni millətinin başına bəladır:
“Ermənilərin indiyə qədər çəkdiyi bütün zülümlərin başlıca səbəbkarı məhz kilsədir, keşişlərdir. Onlar böyük iddialarla yaşayırlar və bu fikirlər əsasında da xalqı gərəksiz yerə ortalığa çıxarıb, zülmə doğru itələyirlər. Bir növ, insanları məcbur edirlər ki, gedib vuruşsunlar, özlərini oda atsınlar, mənasız-mənasız iddiaların arxasınca getsinlər. Təbii ki, belə olan halda insanlar normal yaşayış əldə edə bilmirlər. Həbs edilən və barələrində müvafiq tədbirlər görülən şəxslər arasında bir tərəfdə bu keşişlər, din xadimləri, digər tərəfdə isə “Daşnaksutyun” partiyası dayanır. Yəni “Daşnaksutyun” ayrı-ayrı fəalları həqiqətən də Ermənistanda kilsə ilə birləşərək hakimiyyəti ələ keçirmək və öz əməllərini gerçəkləşdirmək üçün çalışırdılar”.
Ekspert bildirib ki, Ermənistanın işğalı altında olan Azərbaycanın Qazax rayonuna aid dörd kəndinin geri qaytarılması prosesində də bu adamları görmüşdük:
“Ermənistanın Baş naziri Nikol Paşinyan həmin kəndlərin mütləq geri qaytarılmalı olduğunu cəmiyyətə bildirmişdi və bu prosesdə qeyri-qanuni heç nə yox idi. Məhz bu Baqrat Qalstanyan həmin prosesə mane olmağa çalışırdı. Hətta xatırlayırıq ki, o bölgədən İrəvana yürüş təşkil etmişdi. Düzdür, Ermənistan xalqının böyük əksəriyyəti onun arxasınca getmədi, amma revanşistlər onu qızışdırdılar və cəmiyyətdə qarışıqlıq yaratmağa çalışdılar. Bütün bu cəhdlər baş tutmayanda isə onlar əl-ələ verərək indi başqa üsullarla, zor gücünə hakimiyyəti devirməyə və ələ keçirməyə çalışırlar. Bundan isə erməni xalqı böyük zərər görəcək. Paşinyan çevik tərpəndi, onların hamısına qarşı uyğun tədbirlər görüldü, artıq həbslər aparılıb, araşdırmalar gedir. Bu da Ermənistanın normal dövlətə çevrilməsi yönündə atılan addımlardan biri hesab edilə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət
Zelenski payızda ölkədən getməyə hazırlaşır - Politoloqdan proqnoz
18:49 08.09.2026
Gündəm