Paşinyan erməni cəmiyyətini Konstitusiya dəyişikliyinə hazırlayır - MİLLƏT VƏKİLİ
Yusif Nəzərli
09:24 22.02.2025
Gündəm
382
Bununla Ermənistan həm başqa dövlətin ərazisinə iddialardan əl çəkir, həm də avrointeqrasiya məsələsini qanuniləşdirir
Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiyanın dəyişdirilməsindən danışıb. Baş nazir konkret zaman və tarix deməsə də, bu məsələnin zəruri olduğunu bildirib. Ermənistanın ədliyyə naziri Srbui Qalyan yeni Konstitusiyanın 2026-cı il parlament seçkilərinə qədər hazır ola biləcəyini deyib. Nazir yeni mətn üzərində işlərə başlanıldığının anonsunu verib. Ancaq ədliyyə nazirinin sözlərinə görə, yeni Konstitusiya ilə bağlı referendum parlament seçkilərindən sonra keçirilməlidir. Ekspertlər qeyd ediblər ki, Nikol Paşinyan Konstitusiyanı dəyişdirmək məqsədilə referendumu gecikdirməməlidir. Paşinyan nə qədər ki, müxalifətdən güclüdür, referendumu keçirib, özünün də söylədiyi kimi, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışmalıdır.
Millət vəkili Arzu Nağıyev deyib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının ən mühüm şərtlərindən biri Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Deputatın sözlərinə görə, zaman-zaman bu məsələ Ermənistan parlamentində, eyni zamanda müxtəlif siyasətçilər tərəfindən gündəmə gətirilib:
"Artıq Baş nazir Nikol Paşinyanın öz dilindən bu məsələ gündəmdədir. Paşinyan buna əsas kimi təkcə Rusiyadan gələn yolu deyil, ümumiyyətlə, iqtisadi proseslərin difersifikasiyanı, şaxələndirilməsini vurğulayır. Yəni baş nazir bunun birbaşa Azərbaycanın tələbi olduğunu demir. Amma məlum məsələdir ki, burada söhbət Türkiyə və Azərbaycana ərazi iddilarının aradan qaldırılmasından gedir. Əvvəllər dedilər ki, bu məsələni Konstitusiya Məhkəməsində həll edəcəklər. Daha sonra parlament səviyyəsində olacağını söylədilər. Bəzi siyasətçilər bunun referendumsuz da mümkün olduğunu iddia edirlər. Bu mənada problemlər var. Düşünürəm ki, Paşinyan sadəcə avrointeqrasiya məsələsini deyil, Azərbaycanı da mütləq şəkildə nəzərə almaqla bu addımları atmağa çalışır. Yəni həm başqa dövlətin ərazisinə iddialardan əl çəkilir, həm də avrointeqrasiya məsələsini qanuniləşdirirlər. Paşinyanın müraciəti bununla bağlıdır. Görünür, Ermənistan vətəndaşlarını da bu prosesə hazırlayırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət