Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın zamanda İrana rəsmi səfər edəcək.
Teleqraf Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Paşinyan İrəvanda keçirilən brifinqdə bildirib.
"Bununla bağlı danışıqlar aparılır. Konkret tarix yoxdur", - Paşinyan qeyd edib.
Daha əvvəl İranın Ermənistandakı səfiri Xəlil Şirqulami bildirib ki, Paşinyanın Tehrana səfəri zamanı iki ölkə arasında strateji əməkdaşlıq haqqında hərtərəfli sənəd imzalanacaq.