
Paşinyan sülh tərəfdarlarını səfərbər etmək istəyir - ŞƏRH
15:47 12.09.2025
Gündəm
483
Normallaşma əleyhinə çıxan qüvvələr kifayət qədər güclüdür, maliyyə imkanları çoxdur
Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə sülhü pozmaq niyyətində olanlardan gileylənib. Baş nazir vurğulayıb ki, həmin qüvvələr hələ də məsələnin əsl mahiyyətini başa düşmürlər. Paşinyan avqustun 8-də Vaşinqtonda əldə edilmiş bəyannaməni gözdən salmağa çalışan qüvvələrə cavab da verib:
"Sülh bəyannaməsi imzalandı, onlar dedilər ki, bu, ancaq bəyannamədir. Amma heç kim demir ki, 1994-cü ildən Qarabağ məsələsi ilə bağlı danışıqlar prosesi gedirdi və heç vaxt Qarabağ məsələsi ilə bağlı bəyannamə layihəsindən başqa sənəd layihəsi olmayıb. Bəyannamə bu qədər asan bir şeydirsə, niyə 30 ildir bu dövlətin, xalqın bütün enerjisini, gündəmini sırf həmin bəyannamə üzərində cəmləşdiririk?". Baş nazir vurğulayıb ki, sülh bərqərar olub və çoxlarının proqramından kənarda olub: "İndi onlar bu sülhü pozmağa çalışırlar. İstər Ermənistanda, istərsə də uzaq və yaxın xaricdə belə maraqları olan qüvvələrin olduğunu görməmək mümkün deyil. Biz qurulmuş sülhü bu nöqtədən institusional məhvə doğru inkişaf etdirmək istəyənlərə zidd olaraq, institusional inkişafa doğru inkişaf etdirməliyik. Bu yolda heç kim bizə mane ola bilməyəcək".

"Alyans" Stareji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Sherg.az-a deyib ki, Paşinyan həm ölkə daxilində, həm xaricdə Azərbaycanla sülhü istəməyənlərin çox olmasını vurğulamaqla sülh tərəfdarlarını səfərbər etmək istəyir. Analitik qeyd edib ki, yəni Paşinyan öz tərəfdarlarına, ümumən sülhün tərəfdarlarına çağırış edir ki, əgər sizin həmrəyliyiniz, dəstəyiniz olmazsa, bu prosesi irəli aparmaq və revanşistlərin qarşısında dayanmaq asan olmayacaq:
"Paşinyana qarşı olan, sülhün əleyhinə çıxan qüvvələr kifayət qədər güclüdür, maliyyə imkanları çoxdur. Paşinyan ilk növbədə sülhü istəməyən dövlətlərdən danışarkən Rusiyanı nəzərdə tutur. Rusiyanın Azərbaycan və Ermənistan arasında sülhü istəməməsi heç kimdə şübhə doğurmur. İki dövlət arasında daimi sülhün formalaşması Rusiyanın Cənubi Qafqazda hegemonluğuna son qoya bilər. Sülhün əldə olunması Rusiyanın Azərbaycan və Ermənistan arasındakı düşmənçilikdən yararlanaraq regionda öz istəklərini, maraqlarını reallaşdırmaq imkanından məhrum edər. Fikir verin, son günlərdə Rusiya dövlət başçısı V.Putin hər fürsətdən istifadə edərək Nikol Paşinyanla görüşmək istəyir. Halbuki, bir zamanlar Putin Paşinyanla telefon əlaqəsi belə saxlamırdı. Çində baş tutan görüşdən sonra növbəti görüş Moskvada planlaşdırılır".
Həmsöhbətimiz vurğulayıb ki, Rusiyanın məqsədi Ermənistanı Rusiyanın orbitinə qaytarmaq, onu Qərbdən uzaqlaşdırmaqdır:
"Gələcəkdə Azərbaycana qarşı 1992-ci ildə olduğu kimi Ermənistandan istifadə etmək istəyirlər. Əgər Paşinyanla alınmasa, parlament seçkisində Rusiyameyilli qüvvələri hakimiyyətə gətirmək və onların imkanlarından istifadə edərək ölkəmizə cəbhə açmaqdır. Kremlin məqsədi aydındır. Paşinyan anlayır ki, bütün sülhsevər qüvvələri fəallaşdırmadan, öz ətrafında birləşdirmədən parlament seçkisini qazanmaq, revanşistlərə qarşı mübarizə aparmaq asan olmayacaq. İrəvan hökuməti bu istiqamətdə fəaliyyətini davam etdirməlidir ki, Paşinyan seçkilərə tam səfərbər olmuş vəziyyətdə gedə bilsin. Əks halda sülh prosesində ciddi problemlər yarana bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm