Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov gələn həftə Türkiyədə keçiriləcək NATO Zirvəsi ərəfəsində Kiyevin təxribatlara əl ata biləcəyini istisna etməyib.
Sherg.az xəbər verir ki, Peskov Rusiyanın belə ssenarilərə qarşı ayıq-sayıq olmalı olduğunu bildirib.
Onun sözlərinə görə, Rusiya Ukraynada davam edən müharibəni Qərb ölkələrinin Kiyevə verdiyi hərbi dəstəklə əlaqələndirir. Peskov iddia edib ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisində mülki infrastruktura hücumları cəbhədə vəziyyətin pisləşməsi ilə bağlıdır.
Kreml sözçüsü əlavə edib ki, Rusiya sərhəd bölgələrində vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə "təhlükəsizlik zolağı" yaradılmasını zəruri hesab edir.
Qeyd edək ki, NATO Zirvəsi iyulun 7-8-də Ankarada keçiriləcək.