Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kiyevin həyata keçirdiyi hücumlar Ukrayna Silahlı Qüvvələrinin cəbhədə üzləşdiyi çətinliklərlə əlaqədardır.
Sherg.az xəbər verir ki, Peskovun sözlərinə görə, mövcud şəraitdə Ukrayna rəhbərliyinin müxtəlif hücumlara əl atmaq ehtimalı nəzərə alınmalıdır və bu cür risklər hələ də yüksək olaraq qalır.
O bildirib ki, Rusiya təhlükəsizlik məsələlərini nəzərə alaraq vəziyyəti diqqətdə saxlayır.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Tokmak şəhərindəki bazara hücumla bağlı beynəlxalq ictimaiyyəti hadisəyə hüquqi-siyasi qiymət verməyə çağırmışdı.