Pezeşkian: Baş verməməli olan şey baş verdi

“Son həftələrdə baş verənlər və çətinliklər səbəbindən ağır dövrdən keçirik, bu məsələlərin bir qismi bizim özümüzlə bağlıdır, həm ağrı, həm də dərman bizdədir”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian ölkədə davam edən etirazlar barədə deyib.

“Əgər bizim davranışımız göstərişlərə uyğun olsaydı və xalqı cəmiyyətin sütunu kimi qəbul etsəydik, bu vəziyyətə çatmazdıq, baş verməməli olan şey baş verdi, acı oldu. Ən çox sevməli olduğun şey haqq, ədalət və ədalətin vəhdəti olmalıdır, xalqın razılığını maksimum almalısan. Çünki xalq narazıdırsa, bəzi seçkinlərin razılığı faydasızdır. Bizim hamımızın baxışı xalqa xidmət etmək olmalıdır. Doğru yolu seçmək üçün xalq üçün xalqla işləməliyik. Xalq davranışımız və ədalətimizə baxır, sözlərimiz və şüarımıza yox. İnsan haqlarını gözardı etmək olmaz, ədalətli olmaq üçün davranışımızı dəyişməliyik”, - o bildirib.

Məsud Pezeşkian əlavə edib ki, xalqla davranış yolu müharibə, münaqişə və dava yolu olmamalıdır.