İran Prezidenti Məsud Pezeşkian xalqın narazılığını etiraf edərək mövcud problemlərə görə məsuliyyətin hökumətin üzərində olduğunu bildirib və rəsmiləri ABŞ kimi xarici tərəfləri günahlandırmaqdan çəkinməyə çağırıb.
Sherg.az xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, Çehar Mahal və Bəxtiyari vilayətinə səfəri zamanı çıxış edən Pezeşkian problemlərin həllinin əsasən idarəetmə yanaşmasından və düşüncə tərzindən asılı olduğunu vurğulayıb.
Prezident qeyd edib ki, ictimai narazılığın aradan qaldırılması üçün hökumət səmərəli xidmətlər göstərməli, resursları düzgün idarə etməli, iqtisadi və sosial məsələlərə praktik həll yolları tapmalıdır.
“Əgər insanlar narazıdırsa, bu bizim səhvimizdir. Günahı ABŞ-da və ya başqalarında axtarmayın. Məsuliyyət bizə aiddir”, - deyə Pezeşkian bildirib.