“İranı bu vəziyyətə ölkədə yaşayan insanlara qarşı ayrı-seçkilik gətirib çıxarıb”.
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“İran hamınındır və hər kəs ölkənin qurulmasında məsuliyyət daşıyır, hər kəs səhnədə olmalıdır. Heç kəs başqalarının səylərinin qarşısını ala bilməz, heç kəs özünü başqasından üstün hesab edə bilməz, heç kəs ayrı-seçkilik sala bilməz. Elə bu ayrı-seçkilik baxışı ölkəni bu vəziyyətə gətirib”, - dövlət başçısı vurğulayıb.