İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Naxçıvanın havadan atəşə tutulması ilə bağlı insidentin İranla əlaqəsi olmadığını deyərək, hadisənin araşdırılacağını vurğulayıb.
Sherg.az xəbər verir ki, o, bunu martın 8-də Prezident İlham Əliyevlə telefon danışığında deyib.
Eyni zamanda Prezident İlham Əliyev Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb.
Dövlət başçısı həmçinin İranda baş vermiş son hadisələrdə çox sayda mülki şəxslərin həlak olması ilə bağlı bir daha başsağlığını çatdırıb.