İran Prezidenti Məsud Pezeşkianın oğlu bildirib ki, ABŞ və İsrailin hücumları zamanı atası hədəfə alınıb, lakin sui-qəsd cəhdindən xəsarətsiz xilas olub.
Sherg.az xəbər verir ki, ölkə mediasında yayılan məlumatlara görə, Prezident Pezeşkianın oğlu Yusuf Pezeşkian atasının sağlamlıq vəziyyətinin yaxşı olduğunu açıqlayıb.
Yusuf Pezeşkian atasının ABŞ və İsrailin hücumları nəticəsində hədəfə alındığını təsdiqləyərək deyib:
“Sui-qəsd cəhdləri uğursuz oldu və digər rəsmilər də sağlamdır. Ehtimal ki, daha uzunmüddətli bir qarşıdurma yaşayacağıq və bu, tükəndirmə müharibəsi olacaq. Buna görə də bu günləri geridə qoymaq üçün qətiyyət və səbir vacibdir.”
Bildirilib ki, İranın ali dini rəhbəri Xamanei və xarici işlər naziri Əraqçi də təhlükəsizdir.