
PKK-nın ipi öz əlində deyil - ANALİZ
Yusif Nəzərli
03:30 10.07.2025
Gündəm
309
Təşkilatı dəstəkləyən və təlimatlandıran güclər də təşkilatla bağlı konkret qərar verməyiblər
PKK terror təşkilatının bir qrupu 11 iyulda İraqın Süleymaniyyə şəhərində tərksilah olacaq. Bu barədə Türkiyənin DEM Partiyasının sözçüsü Ayşegül Doğan bildirib. O qeyd edib ki, DEM partiya prosesi yerində izləyəcək. Ötən gün terrorçu başı Abdullah Öcalan növbəti dəfə PKK-ya “silahı yerə qoyun” çağırışı edib:
"Mən silahın gücünə deyil, siyasətin gücünə inanıram. Sizi bu prinsipə əməl etməyə çağırıram". Öcalan qeyd edib ki, PKK "milli dövlət" yaratmaq məqsədindən əl çəkərək, əsas hərbi strategiyasından da imtina edib və mövcudluğunu bitirib. DEM Partiyasının rəhbərliyi İmralı adasında Öcalanla danışıqlar aparır. Türkiyə Prezidenti də DEM Partiya heyətini bir neçə dəfə qəbul edib. Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.

Politoloq Əli Oruclu Sherg.az-a deyib ki, PKK özünü buraxmaq və tərkisilah olunmaq barədə bir neçə ay əvvəl qərar qəbul etsə də, indiyədək bu istiqamətdə ciddi və real addımlar atılmayıb. Siyasi şərhçi bildirib ki, təşkilat təslim olmağa tələsmir:
"Görünür, PKK-nı dəstəkləyən və təlimatlandıran güclər də təşkilatla bağlı konkret qərar verməyiblər. PKK mövzusu təkcə bu qurum daxilində müzakirə olunaraq həll edilmir. Bu alətdən xarici qüvvələr həmişə Türkiyəyə qarşı təziq vasitəsi kimi istifadə ediblər. Düşünmürəm ki, bu cür alətdən asanlıqla imtina edilsin. Sülh prosesi hələ illər öncə də başlanılıb. "Kürd açılımı" deyilən prosesdən separatçılar və terrorçular mövqelərini möhkəmləndirmək üçün sui-istifadə ediblər. Nəticədə Türkiyə xeyli itkilər hesabına terrorçuları möhkəmləndirilmiş ərazilərdən uzaqlaşdırdı. Doğrudur, dünyada və regionda gedən dəyişiklik, Ankaranın qlobal siyasətdə söz sahiblərindən birinə çevrilməsi yeni reallıqlar yaradıb. PKK-nın patronları təşkilatı əvvəlki kimi silah-sursatla təmin edə və digər vacib ehtiyaclarını qarşılaya bilmir. Həmçinin, Türkiyə ilə konfrantasiyaya getmək istəmir. Bir zamanlar terrorçuların düşərgələri və qanlı yuvaları olan Suriya, İraq və İran kimi dövlətlər artıq özləri ciddı problemlər içindədir. İsrail qonşularına qarşı genişmiqyaslı hərbi əməliyyatlar aparır. ABŞ və Qərb Rusiyanın artan ambisiya və iddialarının yaratdığı təhlükələrin qayğısı ilə məşğuldur. İstanbul dünyanın siyasi, diplomatik məruzəsinə çevrilib. Belə olan halda PKK-nın silahı yerə qoymaqdan başqa yolu qalmayıb".
Analitik hesab edir ki, A.Öcalanla dialoq qurmaqdansa, PKK-nı Türkiyə siyasətinə gətirməkdənsə, onu tamamilə məhv etmək daha doğru seçim olardı:
"PKK-nın silahı buraxıb siyasətə gəlməsi heç də separatizmə son qoyulması demək deyil. Əksinə, bu, kürd millətçilərinin əlini daha da gücləndirə bilər. Maraqlı məqamlardan biri də əli 35 mindən çox günahsız insanın qanına bulaşan, minlərlə mehmetçiyi şəhid olmasına səbəb olan şəxlərin aqibətləri ilə bağlıdır. Bu canilər necə əfv olunub siyasətdə iştirak edəcəklər?! Bu, mümkünsüzdür. PKK-nın İrandakı qolu olan PJAK qərara uymayacağını və vuruşacağını bəyan etdi. Ehtimal ki, Qəndildəki bir çox militanlar da PJAK-ın tərkibində terrorçu fəaliyyətini davam etdirəcək. Yaxud hansısa ad altında yenidən zühur edəcək. Faktiki olaraq tərksilah prosesi çox ləng gedir və bu, qaneedici deyil. Nəzərə almaq lazımdır ki, təslim olunanlar da filtirozasiyadan keçməlidir və onların qanlı aktlarda iştirak edib etməmələri müəyyənləşməlidir. PKK Türkiyə dövlətinə təslim olmalıdır . Vurulan ziyan da ödənilməlidir. Bu daha ədalətli olardı. PKK-nın ipi öz əlində olmadığından tərksilah olunma məsələsinə, sülhə meyl göstərəcəyinə bir qədər şübhə ilə yanaşıram".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol