“Politico”: Kallas Ursula von der Leyeni diktator adlandırıb

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Avropa Komissiyasının prezidenti Ursula von der Leyeni gizlincə diktaror adlandırır.

APA xəbər verir ki, bu barədə “Politico”da qeyd olunub.

Məqalədə EEAS (Avropa Xarici Hərəkət Xidməti) adlanan qurumda rəsmilər arasında yaşanan gərginlkdən söz açılıb.

“Ursula von der Leyen və Avropa Komissiyasının sabiq vitse-prezidenti Cozep Borrell arasında münasibətlər çox pis idi. Hətta Kallasla münasibətlər daha da pisdir. Yaxın Şərq, Şimali Afrika və Körfəz üzrə Baş Direktoruluğun yaradılması ilə Aralıq dənizi Kallasın əlindən çıxıb. Bundan başqa, Avropa Komissiyası EEAS-da ixtisarlar aparılması üzərində iş görür”,- yazıda qeyd olunub.

Buna qarşı Kaya Kallasın geri çəkilmədiyi və onun da bir sıra tədbirlər gördüyü iddia edilir.

“Kallas gizlində onu (von der Leyen) diktator adlandırır. Amma Leyenə qarşı edə biləcəyi bir şey yoxdur”,- yazıda bildirilib.

Kallasın ofisi “Politico”nun sorğusuna cavab verməyib.