
Politoloq: Novruzu milli bayram elan etmək yaxşı gediş idi
Yusif Nəzərli
09:20 23.03.2025
Gündəm
491
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə AKP-nin Türk Dövlətləri ilə Əlaqələr İdarəsi tərəfindən Haliç Konqres Mərkəzində Novruz proqramı təşkil edilib. Proqram çərçivəsində Prezident Ərdoğan Novruz tonqalını alovlandırıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Haliç Konqres Mərkəzində təşkil edilən Novruz proqramında çıxış edib. Ərdoğan çıxışında 21 mart tarixinin bayram elan edilməsini təklif edib: “21 mart bahar və qardaşlıq bayramı olsun”.
Politoloq Zeynal Əmralıyev "Sherg.az"a açıqlamasında deyib ki, Novruzu milli bayram elan etmək yaxşı gediş idi.
Ekspert vurğulayıb ki, Türkiyədə Novruzu əsasən kürdlər keçirirdi:

"Dünən DEM Partiyası CHP ilə birlikdə hərəkət edəcəyi barədə açıqlama vermişdi. Ərdoğan Novruzu milli bayram elan etdi. Bundan sonra ehtimal ki, Demirtaş qanadı ilə danışıqlar başlayacaq. Səlahəddin Demirtaş həbsə də olsa DEM Partiya içində nüfuzu güclüdür. Əkrəm İmamoğlunu 201-da Binəli Yıldırım qarşısında qalib gəlməsindən məhz Dəmirtaşın dəstəyinin xüsusi rolu olmuşdu. Siyasi kürd partiyası son illər İstanbulda güclənib. Bu şəhərdən deputat sayını da artırıblar. Əgər AK Partiya bu dəstəyi CHP əlindən ala bilsə, həm mitinqlərdə əhalinin sayını azalda bilər, həm də növbəti bələdiyyə seçkisində CHP-nin əlindən İstanbulu ala bilər. Ərdoğan bu gün gözəl gediş etdi. Zamanlama da çox diqqətçəkicidir. Ehtimal ki, yaxında həbsdə olan Səlahəddin Demirtaşla da danışıqlar başlayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region