Polşa və Rumıniya Rusiya PUA-ları səbəbilə döyüş təyyarələrini havaya qaldırıb
18:33 13.09.2025
Gündəm
433
Bu gün axşam saatlarında Polşa Hərbi Hava Qüvvələri Rusiyanın PUA təhlükəsi səbəbilə döyüş təyyarələrini havaya qaldırıb.
APA xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının bəyanatına istinadən "Polsat News" məlumat yayıb.
Məlumatda xüsusilə, Ukraynanın Polşa ilə qonşu olan bölgələrində Rusiyanın hücum PUA-larının peyda olması səbəbilə Polşanın hava məkanında hərbi təyyarələrin fəaliyyətə başladığı bildirilib.
Məlumatda həmçinin bu addımların profilaktik xarakter daşıdığı bildirilib.
Bundan əlavə, dron təhlükəsi səbəbilə Lublin hava limanı və hava limanının ətrafındakı nəzarət edilən ərazi mülki aviasiya üçün bağlanıb.
Rumıniyanın şimalında da Rusiya pilotsuz təyyarəsinin qalıqlarının düşmə təhlükəsi ilə əlaqədar xəbərdarlıq elan edilib.
Antena 3 CNN telekanalının məlumatına görə, Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus iki F-16 qırıcısı Rumıniya hava məkanındakı vəziyyəti izləmək üçün havaya qaldırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm
Azərbaycan XİN Polşaya başsağlığı verdi
12:50 10.11.2026
Siyasət