Prezident: “Azərbaycan BMT-yə daxil olanda da, özünün tam ərazi bütövlüyü çərçivəsində daxil olub”
10:49 09.05.2020
Gündəm
833
“Ermənistanın Azərbaycana qarşı 25 ildən çox davam edən təcavüzü ölkəmizin ərazisinin təqribən 20 faizinin işğal edilməsinə gətirib çıxarıb. Nəticədə 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" (“Milli müdafiə”) jurnalının may buraxılışına müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, həm tarixi ədalət, həm də beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir: “Qeyd etməliyəm ki, “Qarabağ” adının özü Azərbaycan sözüdür. Tarixdən məlumdur ki, 1805-ci ildə Qarabağ xanı İbrahim xan tərəfindən Rusiya ordusunun generalı Sisiyanovla imzalanmış sazişə görə Azərbaycanın Qarabağ xanlığı müstəqil ölkə kimi Rusiya imperiyasının tabeliyinə keçib. Kürəkçay sazişi adlanan bu sənədin mətnini internetdə tapmaq olar. Həmin sənəddə Qarabağın erməni əhalisi barədə heç nə deyilmir. 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri əsasında Azərbaycanın qalan əraziləri də Rusiya imperiyasının tərkibinə keçib. Həmin dövrdə erməniləri İrandan və Şərqi Anadoludan Azərbaycanın Qarabağ regionuna köçürməyə başlayıblar. Beləliklə, yüz minlərlə erməni köçkün tarixi Azərbaycan torpağına gəlib çıxıb.
Sonradan, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradılanda onun ilk fərmanlarından biri İrəvanın Azərbaycanın tərkibindən Ermənistanın tərkibinə verilməsi və Ermənistanın paytaxtı elan edilməsi haqqında fərman olub. Bu da tarixi faktdır. 1921-ci ildə bolşeviklər partiyasının Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması haqqında qərar qəbul edib. Bəzi erməni tarixçilərinin yazdığı kimi, Azərbaycana verilməsi haqqında yox, məhz saxlanması haqqında. Bu da tarixi faktdır. Daha bir tarixi fakt ondan ibarətdir ki, 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında fərman verib”.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan BMT-yə daxil olanda da, o, özünün tam ərazi bütövlüyü çərçivəsində daxil olub: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü, bütün dünya tərəfindən qəbul edilmiş BMT-nin Nizamnaməsi və Helsinki Yekun Aktı çərçivəsində həll edilməlidir.
Buraya BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsini, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər beynəlxalq təşkilatların qətnamələrini, həmçinin “Dağlıq Qarabağ respublikası” adlandırılan qanunsuz qurumun heç bir ölkə tərəfindən tanınmamasını da əlavə etsək görərik ki, münaqişə Azərbaycanın ərazi bütövlüyünün tanınması və onun suverenliyinə hörmət müstəvisində həll edilməlidir. Erməni qoşunları işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmalı, bu torpaqlardan qovulmuş qaçqınlar və məcburi köçkünlər öz tarixi yurdlarına qaytarılmalıdır. İşğal edilən təkcə Dağlıq Qarabağ deyil. Ona bitişik 7 rayon da işğal olunub. Həmin 7 rayonda heç vaxt ermənilər yaşamayıblar.
Münaqişə ilə əlaqədar onu da qeyd etməliyəm ki, bu yaxında erməni təbliğatına və bütövlükdə bu məsələ ilə əlaqədar Ermənistanın mövqeyinə növbəti böyük zərbə vurulub. Əslində, bu zərbəni onlar özləri özlərinə vurublar. Əlbəttə, bizim məqsədyönlü fəaliyyətimiz, beynəlxalq təşkilatlarla əlaqələrimiz bu zərbəni gücləndirib. Söhbət qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “prezident seçkiləri” haqqındadır. Bu “seçkilər” bir daha göstərdi ki, heç kəs bu qanunsuz hərbi xunta rejimini tanımır. “Seçkilər”dən sonra aparıcı beynəlxalq təşkilatlar onları tanımadı, bu barədə açıq bəyanatlar səsləndi. ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya, ABŞ və Fransa bəyanatla çıxış etdilər. ATƏT-in Parlament Assambleyası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Avropa Parlamenti bəyanatlarla çıxış etdilər. Bütün bu təşkilatlar həmin “seçkiləri” tanımadılar və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu, bir daha nümayiş etdirdi, - mən bunu demişəm, bir daha demək istəyirəm, - Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi.
Biz beynəlxalq ictimaiyyəti və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini bu təcavüzkar ölkəyə ciddi təzyiq göstərməyə çağırırıq ki, sülhyaratma prosesi yerində saymasın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi