Prezident Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə imzalanmış sənədin mətnini açıqlayıb
23:39 09.11.2020
Gündəm
668
Biz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bəyan edirik:
1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00:00-dan etibarən tam atəşkəs və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatlar dayandırıldığı elan edilir. Bundan sonra tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası daha əvvəl tutulmuş mövqelərində dayanırlar.
2. Ağdam rayonu və Azərbaycan Respublikasının erməni tərəfi tərəfindən tutulmuş Qazax rayonunun əraziləri Azərbaycan tərəfinə 20 noyabr 20-ci ilə qədər qaytarılır.
3. Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilir.
4. Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Rusiya Federasiyası sülhməramlı kontingentinin qalma müddəti tərəflərdən heç birinin bu müddəanın tətbiqinə xitam verilməsi niyyətini sözügedən vaxtın bitməsindən 6 ay əvvəl çıxış etmədiyi təqdirdə, növbəti 5 illik müddətə avtomatik uzadılması ilə 5 ildir.
5. Münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün sülhməramlı mərkəz yerləşdirilir.
6. Ermənistan Respublikası 15 noyabr 2020-ci ilə qədər Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci ilə qədər isə Ermənistanın Dağlıq Qarabağla əlaqəsini təmin edəcək Laçın dəhlizini özündə saxlamaqla və bununla belə Şuşa şəhərindən keçməməklə (5 kilometr uzunluğunda) Laçın rayonunu qaytarır. Tərəflərin razılığına əsasən yaxın üç ildə Laçın dəhlizi boyunca Xankəndi və Ermənistan arasında əlaqəni təmin edən yeni bir nəqliyyat marşrutunun tikintisi planı sonradan bu marşrutu qorumaq üçün Rusiya sülhməramlı kontingenti yenidən yerləşdirilməsilə müəyyən ediləcək.
Azərbaycan tərəfi hər iki istiqamətdə Laçın dəhlizi ilə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyinə zəmanət verir.
7. Məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ətraf rayonlara qayıdırlar.
8. Hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin cəsədləri mübadilə olunur.
9. Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunur. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və malların hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək üçün Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin edir. Nəqliyyat əlaqələrinə nəzarət Rusiya FTX-nın Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir.
Tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb bölgələri ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məkkədə Böyük Həcc ziyarəti bu vaxt başlayacaq
20:02 22.05.2026
Cəmiyyət
Kim Çen In İlham Əliyevi təbrik edib
19:40 22.05.2026
Rəsmi
Bəhreyn Kralı İlham Əliyevə təbrik məktubu göndərib
19:33 22.05.2026
Rəsmi
BƏƏ Prezidenti Azərbaycan liderini təbrik edib
19:26 22.05.2026
Rəsmi
"Sabah" mövsümü qalib başa vurub
19:19 22.05.2026
Futbol
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm
Ermənistan Qərblə yaxınlaşmanın ağır bədəlini ödəyəcək - ŞƏRH
17:54 22.05.2026
Gündəm
CHP-də böhran yox, idarəetmə dəyişikliyi yaşanır - Buğra Sucu
17:28 22.05.2026
Gündəm
Milli Məclisin sədri MDB PA-nın 60-cı plenar iclasında çıxış edib
17:04 22.05.2026
Gündəm
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
17:00 22.05.2026
Gündəm
ABŞ-İran danışıqları iflasa yaxındır, müharibə riski artır - ŞƏRH
16:58 22.05.2026
Dünya
Sumqayıt-Bakı istiqamətində yol çökdü
16:38 22.05.2026
Hadisə
Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam! - Deputat
16:23 22.05.2026
Gündəm
TDT-nin Baş katibi Prezident İlham Əliyevi təbrik edib
16:19 22.05.2026
Gündəm