Prezident: “Biz Xocalıya qayıdacağıq. Başqa yolu yoxdur!”
09:22 26.02.2021
Gündəm
469
“Biz əməkdaşlığa açıq ölkəyik. Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayır, burada heç vaxt nə dini, nə də milli zəmində hər hansı qarşıdurma və ya anlaşılmazlıq olmayıb. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Bütün xalqların nümayəndələri bir bayraq altında, bir yumruq kimi birləşdi və bu qələbədə Azərbaycanda yaşayan hər bir xalqın qiymətli payı var”.
Bu sözləri Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında deyib:
“Ermənilərlə birgə yaşamağımıza gəlincə, müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda azərbaycanlılarla ermənilər birgə yaşayır. Bu yaxınlarda mənə verilən məlumata görə, jurnalistlər Ermənistanın keçmiş müdafiə nazirinin Azərbaycanda yaşayan bacısını tapmışdılar.
90-cı illərdə Ermənistan müdafiə naziri olan və azərbaycanlılara qarşı soyqırımı törədən şəxsin bacısı Azərbaycanda yaşayır. Ona bir söz deyən var? Yoxdur. Azərbaycan xalqının əxlaqı budur.
Biz bundan sonra da buna hazırıq. Əminəm ki, Qarabağın sülhməramlı missiyanın nəzarətində olan hissəsinə də azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar. Noyabrın 10-da imzalanmış bəyanatda bu göstərilir. Bəli, bu, bir qədər zaman tələb edir, birgə səylər tələb edəcək. O cümlədən biz Xocalıya da qayıdacağıq. Başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır. Süni əngəllər yaratmaq istəsə, ancaq özünə zərbə vurmuş olar.
Müharibənin yaraları sağalmayıb. Xocalı yaraları heç vaxt sağalmayacaq. Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq. Müharibənin yaralarının sağalması üçün vaxt lazımdır. Bunu biz başa düşürük və burada heç kimi tələsdirmək istəmirik, heç kimi məcbur etmək istəmirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qlobal Sumud Donanması"ndakı 422 nəfər Türkiyəyə gətirilib
07:51 22.05.2026
Region
40 yaşa çatmamış bu qidaları yeməyə başlayın
07:17 22.05.2026
Maraqlı
Zəli hansı xəstəliklərdə istifadə olunur?
06:00 22.05.2026
Sağlamlıq
Axtarışa verilən Serenaydan ilk - Açıqlama
05:25 22.05.2026
Şou
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region