
Prezident Ərdoğan Qətərdə: İsrail quldurluğu fərqli mərhələyə keçib
18:08 15.09.2025
Gündəm
474
Prezident Rəcəb Tayyib Ərdoğan Qətərin paytaxtı Dohada keçirilən İslam Əməkdaşlıq Təşkilatı - Ərəb Liqası Fövqəladə Zirvəsində çıxış edib. O deyib: “İsrailin son hücumu quldurluğunu fərqli mərhələyə daşıdı. Bu səbəbdən zirvənin Dohada keçirilməsi çox mənalıdır.”
Sherg.az xəbər verir ki, Zirvənin liderlər sessiyasında danışan Ərdoğan, Qətər əmiri Şeyx Təmim bin Hamed Al Saniyə ev sahibliyinə görə təşəkkür edib.
İsrailin Qətərə hücumunda şəhid edilən fələstinlilərə və qətlə yetirilən qətərli polisə rəhmət diləyən Ərdoğan deyib:
“7 oktyabr 2023-dən bəri İsrailin Qəzzədə törətdiyi soyqırım səbəbindən İƏT və Ərəb Liqası zirvələri keçirdik. Bu zirvələrdə İsrailin artan təcavüzünün bölgəmiz üçün artıq qəti şəkildə dayandırılmalı olan bir təhlükə olduğunu dünyaya elan etdik. İsrail, Fələstindən sonra Livana, Yəmənə, İrana və Suriyaya hücum etdi, Tunis açıqlarında mülki gəmiləri hədəfə aldı, seçilmiş siyasətçilərə və dövlət adamlarına sui-qəsd etdi, indi də vasitəçi Qətərə hücum edib. Son hücum İsrailin quldurluğunu fərqli bir mərhələyə keçirmişdir. Zirvəmizi Dohada keçirməyimizi bu baxımdan çox əhəmiyyətli və mənalı sayıram.”

Ərdoğan, Qətərin böhranı Əmir Təmimin uzaqgörən rəhbərliyi ilə idarə etdiyini vurğulayaraq “Türkiyə olaraq dost və qardaş müttəfiqimiz Qətərin hər zaman yanında olduğumuzu bir daha bildirirəm” deyib.
Ərdoğan bildirib ki, Netanyahu hökumətinin əsas məqsədi Fələstindəki qırğın və soyqırımı davam etdirərkən eyni zamanda bölgəni istikrarsızlığa sürükləməkdir.
“Qarşımızda xaosdan və qandan bəslənən bir terror düşüncəsi var. BMT Nizamnaməsini və beynəlxalq hüququ açıq şəkildə pozan bu düşüncə cəzasız qaldığı üçün hələ də mövcuddur” deyə o bildirdi.
Ərdoğan İsrailin qonşu ölkələrdə işğalı genişləndirmə cəhdlərinin “Böyük İsrail” xəyalının göstəricisi olduğunu vurğulayıb və İslam dünyasının bu niyyətləri boşa çıxarmağa qadir olduğunu deyib.
Ərdoğan İsrailin qısa müddətdə güclü reaksiya və sanksiya olmadan dayanmayacağını deyərək, iqtisadi və müdafiə sahələrində özünə yetərli olmaq və İslam ölkələri arasında əməkdaşlığı artırmaq lazım olduğunu vurğulayıb.
“Biz Türkiyə olaraq 1,5 ildir İsraillə bütün ticarət əməliyyatlarını dayandırdıq. Beləliklə illik 9,5 milyard dollarlıq məbləğdən imtina etdik”.
Ərdoğan beynəlxalq hüquq mexanizmlərinin işə salınması, İsrailə qarşı soyqırım iddiasının dəstəklənməsi və İƏT çərçivəsində konkret mexanizmlərin həyata keçirilməsinin vacibliyini də vurğulayıb:
“Bizlər 1967 sərhədləri çərçivəsində, paytaxtı Şərqi Qüds olan vahid Fələstin dövləti yaranana qədər mübarizəyə davam edəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm