Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib - YENİLƏNİB
Yusif Nəzərli
14:54 12.03.2025
Gündəm
343
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xanı qəbul edib.
Sherg.az xəbər verir ki, dövlətimizin başçısı bu il Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə ev sahibliyi edəcəyini deyərək, Əsəd Məcid Xanın ölkəmizə səfərinin zirvə toplantısına hazırlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını qeyd etdi. Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu vurğulayan Prezident İlham Əliyev bildirdi ki, ölkəmiz təşkilat çərçivəsində üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsinə və gündəlikdə duran məsələlərin irəli aparılmasına öz töhfəsini verməyə hazırdır.
Əsəd Məcid Xan da öz növbəsində Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu dedi və ölkəmizin təşkilatın alt strukturlarına ev sahibliyi etməsini, gündəlikdə duran məsələlərin həyata keçirilməsi işinə daim dəstək verməsini məmnunluqla vurğuladı. Qonaq təşkilata üzv dövlətlərin tarixi, mədəni və coğrafi yaxınlığı, din və digər sahələrdə ortaq dəyərləri, bənzərlikləri bölüşdüyünü deyərək, təşkilat çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanların və perspektivlərin olduğunu qeyd etdi.
Baş katib Əsəd Məcid Xan ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsi sahəsində zəngin təcrübəyə malik olduğunu, xüsusilə COP29-u uğurla keçirdiyini vurğuladı və İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinin də Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil ediləcəyinə əminliyini bildirdi.
Qonaq səfər çərçivəsində XII Qlobal Bakı Forumunda iştirak edəcəyini məmnunluqla vurğuladı və bu forumun dünya miqyasında qlobal məsələlərin müzakirəsi baxımından vacib platformalardan biri olduğunu qeyd etdi.
Söhbət zamanı Azərbaycan ilə İqtisadi Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
***
18:14
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xanı qəbul edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya
Ukrayna Rusiya hava məkanını bağlamağa başladığını elan edib
18:50 09.10.2026
Dünya
Latviya XİN rəhbəri Azərbaycan səfiri ilə görüşüb
18:35 09.10.2026
Gündəm
Ölkədə 163 uşaq ölü doğulub - RƏSMİ
18:01 09.10.2026
Cəmiyyət
Xəzəri xilas etməyin yolu var - Hidroloq 3 əsas səbəbi açıqladı
17:53 09.10.2026
Ekologiya
Ararat Mirzoyan Hakan Fidanla telefon danışığı aparıb
17:40 09.10.2026
Gündəm
Akif Aşırlı: "Biz şəriət dövləti istəmirik”
17:36 09.10.2026
Gündəm
Azərbaycan Mərkəzi Asiya ilə yeni güc xətti qurur - ŞƏRH
17:18 09.10.2026
Gündəm