Prezident İlham Əliyev Polşa səfirinin etimadnaməsini qəbul edib
Yusif Nəzərli
07:26 27.06.2025
Gündəm
280
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pavel Radomskinin etimadnaməsini qəbul edib.
Sherg.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Azərbaycanla Polşa arasında bir çox istiqamətdə əməkdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu vurğuladı, siyasi və iqtisadi sahədə əlaqələrimizin inkişafından məmnunluğunu bildirdi.
Prezident İlham Əliyev Polşanın Avropa İttifaqının üzvü olduğunu deyərək Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı istiqamətində də ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin önəminə toxundu. Dövlətimizin başçısı son dövrlərdə Azərbaycan ilə Avropa İttifaqı arasında yüksək səviyyəli təmasların ikitərəfli münasibətlərdə yeni səhifənin açılmasına şərait yaratdığını qeyd etdi.
Səfir Polşa Respublikasının Prezidenti Andjey Dudanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Andjey Dudaya çatdırmağı xahiş etdi.
Pavel Radomski Bakının inkişafının şahidi olduğunu deyərək, işğaldan azad edilmiş torpaqlarımıza səfər etdiyini bildirdi və orada aparılan genişmiqyaslı quruculuq işlərinin, həmçinin həmin ərazilərin təbiətinin onda dərin təəssürat hissi yaratdığını vurğuladı.
Söhbət zamanı münasibətlərimizin genişləndirilməsində iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın və Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətinin əhəmiyyəti qeyd edildi.
Görüşdə iqtisadi-ticari, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
01:26 22.06.2026
Dünya
Britaniya XİN başçısı Kir Starmeri istefa verməyə çağırıb
00:40 22.06.2026
Dünya
Günəşdə güclü partlayış oldu
23:33 21.06.2026
Maraqlı
Yamal Мessini geridə qoydu
22:33 21.06.2026
Futbol
İrandan Trampa cavab: Ordumuz hazır vəziyyətdədir!
21:57 21.06.2026
Region
DÇ-2026-nın iştirakçısı “Qarabağ”da
21:36 21.06.2026
Futbol
Sumqayıtda kişi meyiti aşkarlandı
20:32 21.06.2026
Hadisə
Tramp Starmerin istefa verəcəyini bəyan etdi
19:41 21.06.2026
Dünya
İran millisi FIFA-dan şikayətləndi
19:07 21.06.2026
Futbol
İsrail danışıqları pozmaq üçün fürsət gözləyir - Fidan
18:50 21.06.2026
Gündəm
Bunu İsraildən alıb, Suriyaya verəcəyəm – Trampdan şok
18:10 21.06.2026
Dünya
Tramp İrana Hizbullahla bağlı xəbərdarlıq edib
17:54 21.06.2026
Gündəm
Artıq bitdi, Polşaya cavab verəcəyik - Sibiqa
17:13 21.06.2026
Dünya
İsrail Livandakı təhlükəsizlik zonasını tərk etməyəcəyini açıqladı
16:57 21.06.2026
Dünya
İran Hörmüz boğazının açılması üçün əsas şərtləri açıqladı
16:19 21.06.2026
Region