Prezident İlham Əliyevin Münxen səfəri olduqca faydalı və əlamətdar keçdi

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı, səfər çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın dünyada etibarlı və əhəmiyyətli tərəfdaş kimi mövqeyini bir daha nümayiş etdirdi

62-ci Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda keçirilən panel müzakirələrdə iştirak edən Prezident İlham Əliyev regional və qlobal əhəmiyyətli layihələrin sülh və əməkdaşlığa, rifaha və faydalı inteqrasiyaya, inkişafa verdiyi töhfələri dəyərləndirib. 

Dövlətimizin başçısı həmmoderatorun, həm də tədbir iştirakçılarınınünvanlandıqları sualların hər birini detallı və səliscavablandırmaqlabir daha peşəkar mühakimə istedadına malik olduğunu dünya ictimaiyyətinə nümayiş etdirdi.

Azərbaycan Prezidenti yeni yaradılan nəqliyyat bağlantılarının Avropa ilə Asiya arasında ticarəti və logistikanıəlaqələndirmək, dayanıqlılıq və şaxələndirmə baxımından əhəmiyyətinə toxunaraq yeni dəhliz infrastrukturlarının qurulmasında Azərbaycan verdiyi töhfələrə diqqət çəkdi. Azərbaycanın əlverişli coğrafi mövqeyi və strateji əhəmiyyəti Qərb və Şərq istiqamətlərində kommunikasiya həmrəyliyini təmin etmək üçün mühüm fürsətlər yaradır. 

Azərbaycan vasitəsilə ötən il daşınan yüklərin 100 mindən artıq nəqliyyat vahidi üzrə rekord göstəricinin əldə edilməsi tarixi nəticə deməkdir. Yaxın illərdə bu rəqəmin 200-300 min nəqliyyat vahidinə çatacağı istisna deyil ki, bu da regional nəqliyyat habınınformalaşmasınıtezləşdirəcək.Hədəf isə 500 min nəqliyyat vahidinə çatmaqdır ki, bu isə daşınma arxitekturasının bütün qollarını genişləndirməyi tələb edir.

Regional rifah bağlantılarının digər xətti fiber-optik kabellərinreallaşmasıdır.Ölkəmiz bu səmtdə də liderlik və təşəbbüskarlıq əzmini qoruyub saxlayır. Xəzər dənizinin dibi ilə fiber-optik kabelin çəkilməsi üzərində Mərkəzi Asiyadakı tərəfdaşlar ilə sıx işbirliyindədir, bu il hazır olması nəzərdə tutulan bu rəqəmsal körpü nəhəng qovşaqlardan biri olacaq.

Digər bağlantılar da yeni coğrafiyaları, o cümlədən Ermənistanı da əhatə etməklə Avropa istiqamətində tranzitləri koordinasiya edəcək. Azərbaycan və Ermənistan arasında yaradılan 42 kilometrlik kommunikasiyaməsafə baxımından böyük olmasa da, əslində hüdudları çox genişdir və coğrafiyası qitələrarası birliyi nəzərdə tutur. 

Azərbaycandan Naxçıvana qədər uzunluğu 600 kilometr olan bu bağlantının Orta Dəhlizin iki hissəsindənbirinə çevrilməsi sayəsində nəqliyyat xətlərini şaxələndirməklə bir neçə min kilometri əhatə edəcək. Çin Xalq Respublikasının keçmiş dövlət müşaviri VanqHuiyaonun da vurğuladığı kimi, “Kəmər və yol” təşəbbüsünə bağlı olan bu layihələrin gerçəkləşməsi Trans-Xəzər regionunu və qitələri birləşdirəcək. 

Ermənistan ilə Azərbaycan arasında sülh prosesininaçdığı yeni qapılara toxunan dövlətimizin başçısıbölgədə tamamilə yeni vəziyyət yaratdığımızı, Ermənistanla başlanmış fiziki əməkdaşlığın qarşılıqlı ticari təmaslara yol açdığını, həmçinin “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP)” verəcəyi mühüm töhfələri də dəyərləndirib.

Yeri gəlmişkən, panel iştirakçılarının TRIPP-lə bağlı sualını cavablandırarkən də Prezident İlham Əliyev dəhlizin Prezident Trampın adını daşıması faktının çox aydın izahını verib. Bu dəhliz ABŞ-ninhazırkı Prezidentinin adını daşısa da, neçə onilliklərin layihəsi kimi yadda qalacaq. “Biz bilirik ki, şirkətin 76 faizi ilk 49 il ərzində ABŞ-yə, 24 faizi isə Ermənistana məxsus olacaq, sonra isə daha 49 il olacaq. Başqa sözlə, bu format bir əsr ərzində işlək olacaq”.

Bir məqamı da nəzərə almaq lazımdır ki, bölgədə ən nəhəng kommunikasiyalar və enerji bağlantılarının ərsəyə gəlməsinin müəllifi birbaşa Azərbaycandır. Azərbaycan təşəbbüskar və yol açan ölkədir, ötən ilin noyabrında Azərbaycan rəsmi olaraq Mərkəzi Asiya beşliyinə daxil edilməklə onu altılığa çevirib. Bu misli görünməmiş hadisə Cənubi Qafqazı Mərkəzi Asiya ailəsinə qoşur,Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Xəzər yoluna bağlayır.

Ermənistanla rəsmi sülh sənədinin imzalanması iki ölkə ilə bərabər digər tərəflər arasında yeni bağlantıların miqyasını artacaq. Məhz bu kontekstdənuzunmüddətli və əbədi sülh növbəti töhfəvericiqapılar deməkdir, sülh sazişi regional mühiti və şəraiti dəyişəcək, bütün iştirakçı dövlətlərəsiyasi və iqtisadi baxımdan daha sıx faydalar qazandıracaq.Çindən başlayan daşınmaların Mərkəzi Asiya, Trans-Xəzər regionu, Azərbaycan, Ermənistan, Naxçıvan, Türkiyə və Avropanı əhatə edən logistika zəncirində birləşməsi inklüziv iqtisadi rifaha və təhlükəsiz inteqrasiyaya töhfələr verəcək.

Cənab Prezidentin panel iclasda StepanSafaryanınErmənistanda aparılan Konstitusiya dəyişikliklərininərazi iddiaları ilə heç bir əlaqəsinin olmaması, eləcə də, Bayden administrasiyası dövrünün“Sülh yolu kəsişməsi” təşəbbüsünün TRIPP layihəsindən daha faydalı hesab edilməsi barədəprovokativ sualına sərrast cavabı isə dövlətimizin qırmızı xətlərini bir daha göstərdi.

Azərbaycana birbaşa ərazi iddiasını ehtiva edən Ermənistanın Müstəqillik Bəyannaməsinin Konstitusiyasının bir hissəsi olaraq preambula hissəsində əksini tapdığı konkretliklə izah edildi. İlham Əliyevin “Konstitusiya Məhkəməsinin heç bir qərarı Konstitusiyadan üstün deyil. Mən hüquqşünas deyiləm, lakin hətta mən də bunu bilirəm. Buna görə də Ermənistan Konstitusiyasından müstəqillik bəyannaməsinin çıxarılması sülh müqaviləsinin imzalanması üçün yeganə qalan ilkin şərtdir” fikri sülh etimadına kölgə salmaq istəyənlərə əslcavab oldu.

Eyni zamanda, TRIPP layihəsi ilə bağlı çox qısa, ancaq təsiri hədsiz böyük olan “Prezident Bayden qayıdanda sizin “Sülh yolu kəsişməsi” layihəsini yenidən başladar” cavabının gücünü şərh etməyə isə ehtiyac yoxdur.

Ümumilikdə, Prezident İlham Əliyevin Münxen səfəri olduqca faydalı və əlamətdar keçdi. Dövlət başçısınınUkrayna və Bolqarıstan Prezidentləri, Slovakiya Baş nazirinin müavini, Bundestaqın xarici siyasət komitəsinin sədri, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, İraq Kürdüstan Regionunun başçısı, “Oracle” korporasiyasının baş icraçı direktoru, “TheGoldmanSachsGroupInc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə keçirdiyi səmərəli görüşlərAzərbaycanın etibarlı və əhəmiyyətli tərəfdaş kimi qlobal nüfuz və mövqeyini bir daha nümayiş etdirdi. 

Ramid Namazov,

Milli Məclisin deputatı