Prezident səhiyyə nazirini vəzifədən qovdu - Braziliyada
04:53 17.04.2020
Gündəm
724
Braziliya Prezidenti Jair Bolsonaru koronavirus pandemiyasının qaynar vaxtında ölkənin Səhiyyə naziri Luis Enrike Mandettanı istefaya göndərib.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə sabiq nazir özünün “Twitter” hesabında paylaşım edib.
“Elə indicə prezident mənim Səhiyyə Nazirliyindən kənarlaşdırıldığım barədə xəbər verdi”, - paylaşımda belə deyilir.
Mandetta, həmçinin nazirlikdəki həmkarlarına təşəkkür edib və yeni təyin olunacaq nazirə uğurlar arzulayıb. Bu vəzifəyə cümə günü dövlət başçısı ilə görüşü olan onkoloq Nelson Taişin namizədliyinin gözdən keçirildiyi ehtimal olunur.
Mandetta mütəmadi olaraq koronavirusun yayılmasına və bütün səhiyyə sisteminin dağılmasına qarşı ən effektiv üsul kimi sosial özünütəcridin lehinə çıxışlar edib və prezidentin fikrinə zidd olaraq bu üsulu müdafiə edib. Dövlət başçısı pandemiya səbəbindən bölgə rəhbərlikləri tərəfindən tətbiq olunan karantin tədbirlərini dəfələrlə pisləyib. Bolsonarunun sözlərinə görə, virus yalnız yaşlılar və risk altında olanlar üçün təhlükəlidir və onun fikrincə, əksər insanlar bu xəstəliyi “mülayim soyuqdəymə” şəklində keçirir. Braziliya lideri hesab edir ki, məhdudlaşdırıcı tədbirlər ölkə iqtisadiyyatı üçün fəlakətli nəticələrə səbəb olacaq, kütləvi xarabalığa və artan işsizliyə gətirib çıxaracaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət