Prezidentə təşəkkür: “Azərbaycan xalqı Sizinlə həmrəydir”
14:19 20.07.2020
Gündəm
763
Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir.
“Sherg.az” Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir. Azərbaycanın yəhudi icmalarının Prezidentə məktubunda deyilir:
“Hörmətli cənab Prezident, Azərbaycanın yəhudi icmaları 2020-ci il iyulun 12-də Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş təcavüz aktlarını qətiyyətlə pisləyirlər. Bu aktlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına ciddi əngəldir. Belə təcavüzlər Ermənistan ilə Azərbaycan arasında silahlı münaqişəni daha da kəskinləşdirir, beynəlxalq hüququ, habelə Ermənistan ilə Azərbaycan arasında atəşkəs haqqında 1994-cü ildə imzalanmış ikitərəfli sazişi pozur. Ermənistan tərəfindən bu hücum nəticəsində hərbi toqquşmalarda Azərbaycanın ondan çox hərbi qulluqçusu, o cümlədən yüksəkvəzifəli hərbçilər, bir dinc sakin öldürülüb, yaralananlar var. Ermənistanın bütün hərəkətləri onun özünün də üzv olduğu beynəlxalq təşkilatların qəbul etdiyi hüquqi sənədlərə ziddir.
Cənab Prezident, bu gün milliyyətindən və dini etiqadından asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşı Azərbaycan xalqı ilə və Sizinlə həmrəydir və Azərbaycanda məskunlaşmış bütün xalqlar buna görə böyük qürur duyurlar. Beynəlxalq birlik də Azərbaycanın bütün xalqlarının bu möhkəm birliyini və Sizin müdrik rəhbərliyinizlə bizim cəmiyyətdə yaranmış həmrəy fikri görməlidir.
Azərbaycan yəhudiləri bütün beynəlxalq təşkilatlara, ATƏT-in Minsk qrupuna müraciətlə ciddi təhqiqat aparılmasını tələb edirlər ki, Tovuz rayonunda indiki hərbi əməliyyatlar genişlənərək növbəti müharibəyə çevrilməsin, aparıcı beynəlxalq təşkilatlar Ermənistanı beynəlxalq hüquqa riayət etməyə - bu provokasiyanı dayandırmağa, atəşkəsə, habelə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrində göstərildiyi kimi, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasına çağırsınlar.
Biz, Azərbaycanın çoxminlik yəhudi icmaları bu provokasiyanı qətiyyətlə pisləyirik və Ermənistanın Azərbaycana qarşı törətdiyi provokasiyaya, elan edilməmiş yeni müharibə başlamağa görə cavab verməsini tələb edirik. Bu günlərdə Azərbaycanın bütün yəhudi əhalisi, habelə dünya yəhudiləri birliyi Sizin və Azərbaycan xalqının ətrafında sıx birləşiblər və Sizin ilk çağırışınızla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda mübarizəyə qoşulmağa həmişə hazırıq. Müdriklər deyiblər: “Xoşbəxt o kəsdir ki, öz evində xoşbəxtdir”.
Azərbaycan bizim doğma evimizdir və yəhudilər bu münaqişənin ədalətli həlli uğrunda, Azərbaycanda sülh və xoşbəxtlik uğrunda mübarizəyə daim hazırdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaradağda 30 yaşlı kişi evdə aldığı xəsarətdən ölüb
10:41 29.09.2026
Hadisə
UEFA Mbappeni 3 oyunluq cəzalandırdı
10:34 29.09.2026
Futbol
Rusiya Paşinyanın yerinə Qaregini gətirmək istəyir - Şirinyan
10:05 29.09.2026
Region
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
08:48 29.09.2026
Sosial
Rusiyadan xəbərdarlıq: Mühasirəyə alsanız...
08:27 29.09.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:22 29.09.2026
İnfrastruktur
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
07:50 29.09.2026
Maraqlı
Yuxuya gedərkən qıcolma epileptik ocağı göstərə bilər
07:17 29.09.2026
Sağlamlıq
“Alfonsları sevirəm…”
06:46 29.09.2026
Şou
Odessada növbəti partlayış baş verdi
05:35 29.09.2026
Gündəm
Skarlett Yohanson həyat yoldaşı ilə
04:14 29.09.2026
Şou
Xərçəng və diabetdən qorunmaq üçün Ulun çayı için
03:39 29.09.2026
Sağlamlıq
Viktor Orbanın sabiq nazirlərinə ağır zərbə
03:03 29.09.2026
Dünya
ABŞ bu ölkələrin rəsmilərinə məhdudiyyət tətbiq etdi
02:32 29.09.2026
Dünya
Tramp: ABŞ və İran arasında məsləhətləşmələr aparılıb
01:59 29.09.2026
Aktual