Psixoloqların təşəbbüsü ALQIŞLANDI: “İndi psixi qorunma da əhəmiyyətlidir"
Şəymən Bayramova
07:16 30.03.2020
Gündəm
719
“Epidemiyalar zamanı adətən iradəsi zəif olan insanlar vəziyyətə nəzarət hissini itirir. Psixoloqların video görüntülü və ya zənglə konsultasiyaları effektli olacaq”
Azərbaycanda koronavirusla mübarizəyə qarşı tələb olunan bütün tədbirlər dövlət səviyyəsində davamlı olaraq, həyata keçirilir. Hər gün həkim heyəti insanları müayinə edir, tibbi müəssisələr işləyir, küçələr və iaşə obyektləri dezinfeksiya edilir. Lazımi mütəxəssislər insanlara dövlət səviyyəsində tibbi dəstək göstərirlər.
Lakin epidemiya xarakterli hadisələr istənilən halda insanlarda qorxu və gərginlik yaradır. Bəzən də ailələr arasında münasibəti gərginləşdirir. Məhz bu cür problemlərin qarşısını almaq məqsədi ilə Psixologiya və İnkişaf Mərkəzi əhaliyə pulsuz onlayn konsultasiyalar təklif edir:
“Koronavirus infeksiyasıyla mübarizəyə dəstək məqsədi ilə “PsyLand” Psixologiya və İnkişaf Mərkəzinin psixoloqları” #hərgündahayaxşı” şüarı ilə ödənişsiz onlayn psixoloji ilkin yardım xidmətini təklif edir. Peşəkar komanda mövcud vəziyyətlə bağlı şəxslərdə yaranmış psixoloji gərginliklərin qısa təsvirini “e-mail” üzərindən qəbul edəcək və ən qısa zamanda cavablandıracaq. Zərurət yarandığı halda isə müraciət edən şəxslə əvvəlcədən planlaşdırılmış vaxtda video zəng formatında əlaqə saxlanılacaqdır”.
psixoloq Orxan Fərəcli də eyni təşəbbüslə çıxış edib:
“Bugündən etibarən 10 gün ərzində hər gün 5 nəfər ehtiyacı olan insanı vatsap üzərindən ödənişsiz müayinə etməyə qərar verdim”.
Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da "Sherg.az"a açıqlamasında bu addımı dəstəkləyib və rəhbəri olduğu qurumun da belə bir addım atdığını qeyd edib:
“Sağ olsunlar! Bu günlərdə ən vacib xidmətlərdən biridir. Eyni elanı bizdə paylaşmışıq ki, koronavirus gərginliyinin bizə və ailə münasibətlərimizə təsiri qaçılmazdır. Ailələrimizi qorumaq, ölkəmizi qorumaq qədər vacibdir. Əgər hər hansı gərginlik mövcuddursa , dərhal bizə zəng vurun! Biz xidmətdəyik! Sizinləyik!”.
Mehriban xanımın sözlərinə görə, bu belə situasiyalarda təkcə fiziki qorunma yox psixi qorunma da əhəmiyyətli məsələdir. Epidemiyalar zamanı adətən iradəsi zəif olan insanlar vəziyyətə nəzarət hissini itirir. Onların təşviş və vahiməsi sonradan onlarda digər fobiyalar və xəstəliklər yarada bilər. Düşünürəm ki, psixoloqların video görüntülü və ya zənglə konsultasiyaları müəyyən qədər effektli olacaq. Hər halda bütün texniki imkanlardan bəhrələnmək lazımdır. Əsas odur ki insanlarımız bir-birinin taleyinə biganə qalmasın, koronavirusa qarşı aparılan mübarizənin bir hissəsi olsun.
Oxşar xəbərlər
Azərbaycanın rolu artıq yalnız Cənubi Qafqazla məhdudlaşmır - Mehmet Gökhan Özçubukcu
20:53 16.09.2026
Paşinyan cəmiyyətini sülhdən başqa yolun olmadığına inandırmağa çalışır - Politoloq
19:43 16.09.2026
Xəbər lenti
Hamısına bax
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə