Rusiya Prezidenti Vladimir Putin “Sarmat” raket kompleksinin uğurlu sınağını Rusiya üçün “böyük hadisə” adlandırıb.
Sherg.az xəbər verir ki, məlumata görə, strateji raket qüvvələrinin komandanı Sergey Karakayev mayın 12-də Putinə “Sarmat” kompleksinin uğurlu sınağı barədə məruzə edib. Prezident isə müşavirədən sonra ayağa qalxaraq bunun ölkə həyatı üçün mühüm hadisə olduğunu vurğulayıb.