Putin: Tramp Ukraynadakı münaqişənin həlli üçün səylərini davam etdirir

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün fəal səylər göstərməyə davam etdiyini bildirib.

Sherg.az xəbər verir ki, Putin bu barədə sentyabrın 5-də Kremldə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Trampın kürəkəni Cared Kuşnerlə görüşündə danışıb.

Rusiya liderinin sözlərinə görə, Tramp Moskva və Kiyevə münaqişəni sülh yolu ilə həll etməkdə kömək etmək istəyir.

Görüşdə Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da iştirak edib.