Qallant: İsrail İrana hava zərbələri üçün sərbəst dəhliz yaradıb
Yusif Nəzərli
09:55 15.12.2024
Gündəm
326
İsrail Hərbi Hava Qüvvələrinin oktyabrın 26-da həyata keçirdiyi əməliyyat nəticəsində Tehran ətrafında 4 ədəd S-300 Hava Hücumundan Müdafiə Sistemi sıradan çıxarılıb və hazırda İran paytaxtı ətrafında strateji müdafiə yoxdur.
APA-nın xəbərinə görə, bunu İsrailin sabiq müdafiə naziri Yoav Qallant “Washington Post“-un şərhçisi Devid İqnatiusa müsahibəsində bildirib.
Sabiq müdafiə naziri həmin əməliyyat çərçivəsində ballistik raketlər üçün yanacaq istehsal edən zavodun da vurulduğunu və buna görə də İranın yaxın iki ildə öz arsenalına əhəmiyyətli sayda ballistik raket əlavə edə bilməyəcəyini nəzərə çatdırıb. Yoav Qallant deyib ki, İsrailin 26 oktyabrda 120 qırıcı təyyarənin iştirakı ilə endirdiyi hava zərbələri “İrana qarşı hərəkət üçün pəncərə” yaradıb. Beləliklə, artıq İsrail Qəzza və Livanda olduğu kimi İrana da zərbə endirmək üçün öz qırıcı təyyarələrinə sərbəst dəhlizi təmin edib, Qəzza və Livandakı kimi İranda da hədəflərə asanlıqla hücum edə bilər. Buna görə də artıq ABŞ-nin hazırkı administrasiyası İrana qarşı nüvə məsələsində məcburedici diplomatiya üçün imkanın yarandığını görür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran ordusu: Tramp Hörmüz boğazını ancaq yuxusunda görə bilər
15:57 31.08.2026
Gündəm
Paşinyan və Əliyevin Bişkek görüşünün detalları açıqlanıb
15:48 31.08.2026
Gündəm
Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda səfərdədir
15:45 31.08.2026
Gündəm
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm