"Qarabağdan Ermənistana gedənlər Paşinyana qarşı potensial düşmən və müxalifətdə olacaqlar" - Politoloq
Turan
10:34 08.11.2020
Gündəm
680
"Şuşanın alınması erməni ordusunda ruh düşkünlüynə, döyüşməkdən imtinaya gətirəcək. Bununla da Paşinyana qarşı etirazların baş qaldırmasına gətirəcək".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Siyasi şərhçi bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyan Daşnaksütyun partiyasının üzvüdür:
"Paşinyan Qarabağda məskunlaşmış ermənilərdən qatı anti-türk və Azərbaycan mövqeyinə malikdir. Nikol Paşinyan daima bütün təlimatları Daşnaksütyun partiyasından alır. Bu partiya məhz ermeni diasporu və lobbilərlə sıx əməkdaşlığa malikdir. Məhz Daşnaksütyun partiyası Faşizmin siyasətini özündə ehtiva edir. Ermənistanın milli ideologiyası bu partiya tərəfindən qurulub və həyata keçirilir. Qeyd edim ki, Nikol Paşinyan Mənim "Addımım İttifaqının" sədri olsa da, ələlxüsus Daşnaklarla müttəfiqdir. Məhz bu partiyanın təlimatları ilə Paşinyan Qarabağla bağlı güzəştsiz siyasət və yeni ərazilər uğrunda plan ortaya qoymaqla birbaşa Azərbaycana qarşı daha da aqressiv bir mövqe ortaya qoydu. Onun əsas planı "Miatsum" reallaşdirmaq və ümumimilli bir Liderə çevrilmək idi. Qarabağda yeni infrastruktur qurması, separatçıların tərəf kimi təqdim etməsi ifrat düşmənçilikdən irəli gəlirdi".
Analitik vurğulayıb ki, onun millətçi və Daşnaklarla ittifaqı regionda gedən siyasi prosesləri düzgün qiymətləndirməsinə mane oldu:
"İşğal olunmuş ərazilərdə məskunlaşma siyasəti, konkret olaraq danışıqlardan geri çəkilməsi, əsasən, ona verilən təminatdan irəli gəlirdi. İndi siyasi olimpinin qürubuna yaxınlaşır. Azərbaycanın əks-həmlə əməliyyatı və darmadağın olan erməni silahlı qüvvələrinin kiçik qruplarla dirəşməsində Paşinyanın millətçi və eqoist siyasəti dayanır. Onun müharibənin gedişində çıxışına fikir verdikdə, mesajları erməni ifrat ideologiyasının təzahürü idi. Məhz bu ritorika Qarabağda məğlubiyyətə və özünün siyasi cəhətdən deqradasiyasına gətirdi.
Azərbaycan Qarabağı tam azad etməyi gün məsələsidir və bundan sonra Ermənistan siyasi elitasında problemlər və ölkə iqtisadiyyatı tənəzzülə uğrayacaq. Həmçinin Qarabağdan Ermənistana gedənlər Paşinyana qarşı potensial düşmən və müxalifətdə olacaqlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya
Zəngəzur dəhlizi Turanın qapısını açacaq - Medihanur Arğalı
17:10 14.08.2026
Gündəm